Obyektlərdəki təhlükənin ifşası | FHN-in keçirdiyi monitorinqdə nələr ortaya çıxdı? - Baku TV
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar növbəti monitorinqlər keçirilib.
Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı şəhərində keçirilən monitorinqlər zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.
Həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
