Pleyeri seçin:

Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

21 dekabr 2025 465 baxış

Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin dəyərli əşyalarının oğurlanmasının təfərrüatı bəlli olub.

“Teleqraf”ın əldə etdiyi məlumata görə, hadisə bu il 3, 13 və 17 avqust tarixlərində gerçəkləşən Naxçıvan-Bakı reysləri zamanı baş verib.

Cinayət hadisəsini isə aeroportun daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran kimi çalışan 28 yaşlı Hüseyn Həmzəyev və 20 yaşlı Səid Kərimli törədib.

Qabaqcadan əlbir olan şəxslər Naxçıvan aeroportunda baqaj yüklərinin təyyarəyə daşınması zamanı qanunsuz olaraq çantalara baxış keçirib və qızıl-zinət əşyalarını mənimsəyiblər.

Oğurluq əməli törədən şəxslərin əsasən qadın çantalarına və sərnişinlərin çatdıqları yerdə açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan baqajlara baxdıqları müəyyən edilib.

Sərnişinlərdən oğurlanan qızılların ümumi dəyəri 4170 manat olub. Səid və Hüseynin oğurladığı qızıllar Cahan Ticarət Mərkəzində satılıb. Qızılların bir qismi isə "Nur Telekom" adlı lombarda 1400 manat müqabilində qoyulub.

Cinayətin üstü isə müştərilərin baqajlarındakı dəyərli əşyaların yoxa çıxmasını gördükdən və bu barədə polisə məlumat verdikdən sonra açılıb.

Hüseyn Həmzəyev 2 il 2 ay, tanışı Səid Kərimli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Hadisə
07 avqust 2026 465 baxış
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Hadisə
07 avqust 2026 465 baxış
Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Hadisə
07 avqust 2026 465 baxış
FHN “Torqovı”da yanğının baş verdiyi ərazidə | Anbaan görüntülər - Baku TV

FHN “Torqovı”da yanğının baş verdiyi ərazidə | Anbaan görüntülər - Baku TV

Hadisə
07 avqust 2026 465 baxış
"Torqovı"da baş verən güclü yanğın barədə FHN-dən açıqlama - Baku TV

"Torqovı"da baş verən güclü yanğın barədə FHN-dən açıqlama - Baku TV

Hadisə
07 avqust 2026 465 baxış
Tiktoker "Arzum"un növbəti məhkəməsi yekunlaşdı | Hansı qərar verildi? - Baku TV

Tiktoker "Arzum"un növbəti məhkəməsi yekunlaşdı | Hansı qərar verildi? - Baku TV

Hadisə
07 avqust 2026 465 baxış
Əşyalar belə çıxarılır | "Torqovı"da yanğının olduğu ərazidə son vəziyyət - Baku TV

Əşyalar belə çıxarılır | "Torqovı"da yanğının olduğu ərazidə son vəziyyət - Baku TV

Hadisə
07 avqust 2026 465 baxış
Paytaxtın mərkəzində baş verən yanğınla bağlı FHN -dən təcili məlumat - Baku TV CANLI

Paytaxtın mərkəzində baş verən yanğınla bağlı FHN -dən təcili məlumat - Baku TV CANLI

Hadisə
07 avqust 2026 465 baxış
Bakının mərkəzində qorxulu anlar yaşanır | Yanğının olduğu ərazidən bağlantı - Baku TV

Bakının mərkəzində qorxulu anlar yaşanır | Yanğının olduğu ərazidən bağlantı - Baku TV

Hadisə
07 avqust 2026 465 baxış
Tiktoker "Arzum" yenidən məhkəmədə | Əməkdaşımız məlumatları açıqladı - Baku TV

Tiktoker "Arzum" yenidən məhkəmədə | Əməkdaşımız məlumatları açıqladı - Baku TV

Hadisə
07 avqust 2026 465 baxış
Seçilmişlər
icon