Pleyeri seçin:

Pasiyentlə həkim arasında qarşıdurma | Klinika iddiaları rədd etdi, nazirlik isə... - Baku TV

16 dekabr 2025 119 baxış

Bir neçə ay əvvəl əməliyyat olunan pasiyent gözündəki şişin keçmədiyini və əvvəlki vəziyyətə qayıtdığını iddia edir.

Şikayətçi Nərgiz Fərzəliyeva gözündəki şişlik və güclü ağrı səbəbi ilə tövsiyə əsasında Dünyagöz Xəstəxanasına müraciət etdiyini bildirir:

“Xəstəxanada bizi doktor Mehmet Göhkan Aslana yönləndirdilər. Həkim baxan kimi dedi ki, xalaziondur və təcili əməliyyat olunmalıdır. Əməliyyatdan 3 ay keçməsinə baxmayaraq, şiş çəkilmədi. 4-cü ayda yuxudan ayılanda gördüm ki, həmin gözüm yenə şişib, əməliyyatdan əvvəlki halına qayıdıb”.

Şikayətçinin həyat yoldaşı Ənvər Fərzəliyev isə əlavə edib ki, həkimin müayinəsi üçün xəstəxanaya yaxınlaşdıqda, onlardan 65 manat ödəniş tələb edilib:

“Həkimin əməliyyat etdiyi gözə görə yaxınlaşdığımı bildirdim və ödəniş etmək istəmədiyimi dedim. Daha sonra Mehmet Gökhan Aslan bizə yaxınlaşıb dedi ki, siz müayinə üçün ödəniş etsəniz də, xəstəyə baxmayacağam”.

Dünyagöz Xəstəxanası pasiyent Nərgiz Fərzəliyevanın iddialarını təkzib edərək bildirib ki, əməliyyatdan 1 ay sonra təkrar müayinə və əlavə müalicə tövsiyə edilib.

Xəstəxanadan qeyd edilib ki, əməliyyatdan sonra 1 ay müddətində nəzarət müayinələri ödənişsizdir. Pasiyent 4 ay sonra müraciət etdiyi üçün endirimli ödənişli müayinə təklif olunub, lakin pasiyent bu şərtlərlə müayinədən imtina edib: “Klinika öz növbəsində pasiyentin sağlamlığına hər hansı zərər vurulması faktını qəbul etmir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirilib ki, Nazirliyin tibbi işçilərinin vahid reyestrində Mehmet Gökhan Aslanın adı həkim kimi yer alır:

“O, 2013-cü ildə Türkiyədə tibbi təhsilini başa vurub və 2024-cü ildə Azərbaycanda tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə N4558 nömrəli şəhadətnamə alıb. Lakin sistemdə onun “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununa görə, 5 ildən bir keçirilən sertifikasiyadan keçməsi barədə məlumat yoxdur. Sorğuda qeyd edilən əməliyyatın üstündən 4 aydan çox vaxt keçdiyi üçün inzibati xətanın müddəti bitib. Belə olan halda vətəndaş təsdiqedici sənədlərlə prokurorluğa müraciət etməlidir”.

Nazirlikdən əlavə edilib ki, əgər vətəndaş son 4 ay müddətində təkrar olaraq həkimin qəbulunda olubsa, həkim müayinəsindən keçibsə və bunu təsdiq edən hansısa sənəd varsa, bu sənədlərlə birgə Analitik Ekspertiza Mərkəzinə rəsmi olaraq müraciət edə bilər.

Gölləri qurudub satanlar kimlərdir? | Üç qurum birləşib bir suala cavab verə bilmədi - Baku TV

Gölləri qurudub satanlar kimlərdir? | Üç qurum birləşib bir suala cavab verə bilmədi - Baku TV

Cəmiyyət
21 yanvar 2026 119 baxış
Xankəndi sakinlərinin sevinci | "Bundan daha xoş nə ola bilər?!"- Baku TV

Xankəndi sakinlərinin sevinci | "Bundan daha xoş nə ola bilər?!"- Baku TV

Cəmiyyət
21 yanvar 2026 119 baxış
Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi - Baku TV

Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi - Baku TV

Cəmiyyət
21 yanvar 2026 119 baxış
Uşaqların təhlükə altında qaldığı məktəbdə nələr yaşanır?  | “Deyir ki, üstümüzə su damır” - Baku TV

Uşaqların təhlükə altında qaldığı məktəbdə nələr yaşanır? | “Deyir ki, üstümüzə su damır” - Baku TV

Cəmiyyət
21 yanvar 2026 119 baxış
Güclü qar Leriki bu hala saldı | Ağır fəsadlar ortaya çıxdı - Baku TV

Güclü qar Leriki bu hala saldı | Ağır fəsadlar ortaya çıxdı - Baku TV

Cəmiyyət
21 yanvar 2026 119 baxış
8 aya hazırladı, dediyi qiymət şoka saldı | "Fatimeyi-Zəhra" məscidinin taxta maketi

8 aya hazırladı, dediyi qiymət şoka saldı | "Fatimeyi-Zəhra" məscidinin taxta maketi

Cəmiyyət
21 yanvar 2026 119 baxış
"Hər səhər cərimə..." | Bakıda bu küçələrin kəsişməsindəki problemlər həll edildi? - NECƏ OLMALIDIR?

"Hər səhər cərimə..." | Bakıda bu küçələrin kəsişməsindəki problemlər həll edildi? - NECƏ OLMALIDIR?

Cəmiyyət
21 yanvar 2026 119 baxış
Payız kəndində sakinlərin bitməyən problemi | "Sudan ötrü ölürük" - Baku TV

Payız kəndində sakinlərin bitməyən problemi | "Sudan ötrü ölürük" - Baku TV

Cəmiyyət
21 yanvar 2026 119 baxış
Qardan sonra paytaxtın bəzi yolları bu hala düşdü

Qardan sonra paytaxtın bəzi yolları bu hala düşdü

Cəmiyyət
21 yanvar 2026 119 baxış
Xankəndinə ilk köç | "Sevinc hissi ilə doluyuq bu dəqiqə" - Baku TV

Xankəndinə ilk köç | "Sevinc hissi ilə doluyuq bu dəqiqə" - Baku TV

Cəmiyyət
21 yanvar 2026 119 baxış
Seçilmişlər
icon