Pleyeri seçin:

Pedaqoji universitetin bufetində nə baş verir?

13 oktyabr 2023 430 baxış

Görüntülər Azərbaycan Dövlət Pedaqoji Universitetinin bufetində lentə alınıb.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan videodakı şəxsin 3 gündür ki, bufetə daxil olub, qarşısında kitab olan bütün tələbələri qovduğu iddia olunur.

“Bufetdə oturmağa yer yoxdur. Oxu zalı var, orada oxuyun” kimi ifadələrlə tələbələri zaldan qovmağa çalışan şəxs təhsil alanların sərt reaksiyasına səbəb olub.

Deyilənlərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Baku TV-nin əməkdaşı ali təhsil ocağına üz tutub.

Baku TV-nin kameralarını görən tələbələr arasında vəziyyəti inkar edənlər olsa da, universitetin mətbuat xidməti deyilənləri təsdiqləyib. Bildirilib ki, həmin kadrlardakı şəxs universitetin inzibati departamentinin müdiridir:

“Universitetin müəllim və tələbə heyətindən dəfələrlə şikayət daxil olub ki, hər hansı qida qəbul etmədikləri halda yeməkxanadakı yerləri həddən artıq məşğul edən tələbələr var. Sözügedən səlahiyyətli şəxs isə universitetin inzibati departamentinin müdiridir. Ali təhsil ocağının infrastrukturu ilə bağlı şikayət və təkliflər həmin şöbəyə yönləndirilir. Mövcud vəziyyətlə bağlı yeməkxanadakı həmin tələbələrlə söhbətlər aparılıb. Təəssüf ki, eyni tələbələrə bu məsələ dəfələrlə izah edilsə də, bəziləri bunu anlayışla qarşılamayıb və tövsiyələrə məhəl qoymayıb”.

Cavid Hüseynov bildirib ki, tələbələr dərs barədə müzakirələr aparmaq, yaxud da mütaliə etmək üçün bufetdən yox, yüksək xidmətlərlə istifadəyə verilən oxu zalından istifadə etsələr, daha məqsədəuyğun olar.

Banner
“Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”

“Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”

Cəmiyyət
23 oktyabr 2026 430 baxış
Bakıda bir sərnişinə görə avtobusu saxlamaq qərarı sürücüyə baha başa gəldi - Baku TV CANLI

Bakıda bir sərnişinə görə avtobusu saxlamaq qərarı sürücüyə baha başa gəldi - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 430 baxış
"400 metr piyada getmişəm" | Bir sərnişinə görə hamını yolda qoymaq istədi, işindən oldu - Baku TV

"400 metr piyada getmişəm" | Bir sərnişinə görə hamını yolda qoymaq istədi, işindən oldu - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 430 baxış
Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV

Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 430 baxış
“Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV

“Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 430 baxış
“Ay qonşular, heç nəyimi vermir!” | Kirayə qaldığı evə əşyalar aldı, ev sahibi ilə münaqişə yaşadı

“Ay qonşular, heç nəyimi vermir!” | Kirayə qaldığı evə əşyalar aldı, ev sahibi ilə münaqişə yaşadı

Cəmiyyət
23 oktyabr 2026 430 baxış
Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Cəmiyyət
23 oktyabr 2026 430 baxış
Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 430 baxış
Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 430 baxış
Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 430 baxış
Seçilmişlər
icon