Pleyeri seçin:

Qadının sol ayağının yerinə sağ ayağı əməliyyat edilib? - "Həkim dedi ki, qayıtmayacağam" - Baku TV

10 sentyabr 2026 270 baxış

Şəki şəhər sakini, 71 yaşlı Dövlət Abdullayeva Baku TV-nin qaynar xəttinə müraciət edərək “Medera Hospital”da keçirdiyi əməliyyatdan sonra problemlərlə üzləşdiyini bildirib.

Şikayətçinin iddiasına görə, Gürkan adlı həkim onun sol ayağının əvəzinə sağ ayağını əməliyyat edib. Dövlət Abdullayeva uzun illərdir ayaqları ilə bağlı problem yaşadığını, sonuncu əməliyyatdan sonra isə səhhətində müxtəlif fəsadların yarandığını deyib.

“20 ildir mən bu zülmdəyəm. Bir ayağımdan səkkiz dəfə, digərindən altı dəfə əməliyyat olunmuşam. Məni necə şikəst qoyubsa, gəlsin”, – deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı “Medera Hospital”dan bildirilib ki, Dövlət Abdullayeva Əliqulu qızı 2 dekabr 2022-ci il və 28 fevral 2023-cü il tarixlərində sol bud sümüyünün sınığı ilə bağlı əməliyyat olunub.

Klinikanın açıqlamasına görə, daha sonra Dövlət Abdullayeva həyat yoldaşı ilə birlikdə klinikaya dəvət edilib və rəhbərlik və mütəxəssislərin iştirakı ilə konsilium keçirilib. Bildirilib ki, travmatoloq Aqşin Məmmədov xəstəni müayinə edib və iki aylıq müalicə təyin edib.

Klinikadan qeyd olunub ki, müalicə başa çatdıqdan sonra xəstənin klinikaya müraciət etməsi və əməliyyatın təmənnasız həyata keçirilməsi təklif olunub. Açıqlamaya görə, Dövlət Abdullayeva bununla razılaşıb və rayona qayıdıb.

“Medera Hospital”dan həmçinin bildirilib ki, Dövlət Abdullayeva və həyat yoldaşı klinikanı tərk etdikdən sonra müxtəlif dövlət qurumlarına əsassız şikayətlər ediblər.

Qeyd edək ki, Abdullayevlər ailəsi əməliyyatı icra edən Gürkan adlı həkimin Türkiyəyə getdiyini və daha geri qayıtmayacağını bildirsə də, qarşı tərəf bu barədə hər hansı açıqlama verməyib.

Banner
Gündəlik qidalanma zamanı diqqət yetirməli olduğumuz məqamlar | Mütəxəssislərdən çağırış - Baku TV

Gündəlik qidalanma zamanı diqqət yetirməli olduğumuz məqamlar | Mütəxəssislərdən çağırış - Baku TV

Cəmiyyət
15 noyabr 2026 270 baxış
Salyanda fermerlərin pambıq pulu niyə ödənilmir? | Şirkət ödənişi niyə gecikdirir? - Baku TV

Salyanda fermerlərin pambıq pulu niyə ödənilmir? | Şirkət ödənişi niyə gecikdirir? - Baku TV

Cəmiyyət
15 noyabr 2026 270 baxış
Musiqi sənayesində inqilab

Musiqi sənayesində inqilab

Cəmiyyət
15 noyabr 2026 270 baxış
İnsan bəstələyir, süni intellekt oxuyur | Musiqidə böyük dəyişiklik - Baku TV

İnsan bəstələyir, süni intellekt oxuyur | Musiqidə böyük dəyişiklik - Baku TV

Cəmiyyət
15 noyabr 2026 270 baxış
Binanın üzlük daşları qoparaq yerə tökülür | Biləcəri sakinlərinin şikayəti - Baku TV

Binanın üzlük daşları qoparaq yerə tökülür | Biləcəri sakinlərinin şikayəti - Baku TV

Cəmiyyət
15 noyabr 2026 270 baxış
"Bizim axırımız necə olacaq?!" | Şəkinin ucqar dağ kəndinin sakinləri problemlə üz-üzə - Baku TV

"Bizim axırımız necə olacaq?!" | Şəkinin ucqar dağ kəndinin sakinləri problemlə üz-üzə - Baku TV

Cəmiyyət
15 noyabr 2026 270 baxış
"Evimizə qonaq gələndə utanırıq"  | Qubanın asfaltsız qalan küçələri nə vaxt düzələcək? - Baku TV

"Evimizə qonaq gələndə utanırıq" | Qubanın asfaltsız qalan küçələri nə vaxt düzələcək? - Baku TV

Cəmiyyət
15 noyabr 2026 270 baxış
Beynəlxalq Muğam Mərkəzində kamança ifaçısı İmamyar Həsənovun yaradıcılıq gecəsi keçirildi - Baku TV

Beynəlxalq Muğam Mərkəzində kamança ifaçısı İmamyar Həsənovun yaradıcılıq gecəsi keçirildi - Baku TV

Cəmiyyət
15 noyabr 2026 270 baxış
Şimşək çaxacaq, duman olacaq | Rayonlara yola düşən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Şimşək çaxacaq, duman olacaq | Rayonlara yola düşən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
14 noyabr 2026 270 baxış
Çarpayıda sıxılıb qalma və yanğın riski: Keyfiyyətsiz məhsullar necə ölüm tələsinə çevrilir?

Çarpayıda sıxılıb qalma və yanğın riski: Keyfiyyətsiz məhsullar necə ölüm tələsinə çevrilir?

Cəmiyyət
14 noyabr 2026 270 baxış
Seçilmişlər
icon