Qadınlarımız lal, kor, kar olmağı bacarır | Arzu Bağırova evlilikdən danışdı - O VAXTLAR
“O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Masallı sakini, ictimai xadim Arzu Bağırova öz həyatından danışıb.
18 yaşında ailə quran A.Bağırova qeyd edib ki, valideyninin seçdiyi insanla evlənib: “Atama o qədər düşkünəm ki, zəhər də versə, udaram. Mənə elçi gələndə atam dedi ki, “bu adamla evlənməyini istəyirəm”.
Mən də onun sözünü yerə salmadım”. O, ailədaxili mübahisələrdən də söz açıb: “Gənclərimiz xırda şeyləri çox böyüdür. Ailədə baş verən kiçik problemləri boşanma dərəcəsinə qədər gətirmək düzgün deyil”.
A.Bağırova Qənirə Paşayeva ilə dostluqlarından da danışıb: “O mənə insanları tanımağın üsullarını öyrədirdi. Mən ona hansısa məsələdən şikayətlənəndə deyirdi ki, “Heç kimə reaksiya vermə. Başını aşağı sal və işini gör”.