Pleyeri seçin:

Qarabağ həqiqətlərini dünyaya çatdıran amerikalı jurnalist | Təsadüfi gəlişin dramatik sınağı

18 iyun 2025 383 baxış

Baku TV Qarabağ həqiqətlərini dünyaya çatdıran amerikalı jurnalist Tomas Qoltz haqqında süjet hazırlayıb.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə onunla bağlı xatirələrini bölüşərkən bildirib ki, Tomas Qoltz Kəlbəcəri son tərk edənlərdən biri olub:

“Kəlbəcər mühasirəyə alındı və avtomobil yolu ilə getmək mümkün olmadı. İnsanlar helikopterlərə mindilər, yerlər məhdud idi. Bir sıxlıq var idi. Əlbəttə ki, o bütün bunları lentə aldı və kitabının üz qabığında Kəlbəcərdən qalxan bu son helikopterin fotosunu yerləşdirdi. O da Kəlbəcəri son tərk edənlərdən biri idi. Tomas Qoltz dürüst bir insan idi. Düşündüyünü yazırdı. Azərbaycanın faciəsini vicdanla təsvir edirdi”.

Tomas Xocalı soyqırımının azsaylı xarici şahidlərindən biri olub. Baş verənlər onun qələmindən “The Washington Post” qəzetinin səhifələrində dərc olunur. Azərbaycanda yaşadıqlarından və gördüklərindən, dünyanın eşitmək istəmədiklərindən T.Qoltz sonralar özünün “Azərbaycan Gündəliyi”ndə yazır. Kitab 1998-ci ildə nəşr olunur.

Azərbaycan öz ərazilərini işğaldan azad edəndə o, artıq ağır xəstə idi və əlil arabasında hərəkət edirdi. Lakin amerikalı jurnalist azad edilmiş Qarabağa gəlməyə bilməzdi.

Tomas Qoltz azad Qarabağa səfərindən iki ay yarım sonra vəfat edir. Jurnalist küllərinin dünyanın üç müxtəlif nöqtəsinə səpməyi vəsiyyət edir. Bu siyahıda birinci yeri isə Azərbaycan tutub.

"1-2 aya bu hala düşdü" | Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - Baku TV

"1-2 aya bu hala düşdü" | Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - Baku TV

Cəmiyyət
16 aprel 2026 383 baxış
"Bunu niyə düzəltmirlər ki?!" | Sabunçu tunelində yol çökdü, təhlükəli vəziyyət yarandı - Baku TV

"Bunu niyə düzəltmirlər ki?!" | Sabunçu tunelində yol çökdü, təhlükəli vəziyyət yarandı - Baku TV

Cəmiyyət
16 aprel 2026 383 baxış
"Xeyli pul yığırlar, amma..." - Buradan ev alanlar üçün həyat əsl kabusa çevrilib? - Baku TV

"Xeyli pul yığırlar, amma..." - Buradan ev alanlar üçün həyat əsl kabusa çevrilib? - Baku TV

Cəmiyyət
16 aprel 2026 383 baxış
69 minlik dələduzluqda ittiham olunan direktor Türkiyədə ələ keçirildi - Baku TV CANLI

69 minlik dələduzluqda ittiham olunan direktor Türkiyədə ələ keçirildi - Baku TV CANLI

Cəmiyyət
16 aprel 2026 383 baxış
Antifriz nə vaxt və necə dəyişdirilməlidir?

Antifriz nə vaxt və necə dəyişdirilməlidir?

Cəmiyyət
16 aprel 2026 383 baxış
Qaraciyərin piylənməsindən əziyyət çəkənlərin sayı proqnozlaşdırılır

Qaraciyərin piylənməsindən əziyyət çəkənlərin sayı proqnozlaşdırılır

Cəmiyyət
16 aprel 2026 383 baxış
Çox şirin içkilərin zərəri

Çox şirin içkilərin zərəri

Cəmiyyət
16 aprel 2026 383 baxış
Mərdəkanda Beynəlxalq Mədəniyyət Günü qeyd edilib - Baku TV

Mərdəkanda Beynəlxalq Mədəniyyət Günü qeyd edilib - Baku TV

Cəmiyyət
15 aprel 2026 383 baxış
Müharibələr bəşəriyyətə nə verdi? - Haqq-ədalət uğrunda mübarizə necə olmalıdır? - AMİN

Müharibələr bəşəriyyətə nə verdi? - Haqq-ədalət uğrunda mübarizə necə olmalıdır? - AMİN

Cəmiyyət
15 aprel 2026 383 baxış
"Bu küçəyə təcili yardım belə gəlmir" | Qəsəbə sakinləri yol problemindən gileyləndi - Baku TV

"Bu küçəyə təcili yardım belə gəlmir" | Qəsəbə sakinləri yol problemindən gileyləndi - Baku TV

Cəmiyyət
15 aprel 2026 383 baxış
Seçilmişlər
icon