Qarabağ Universitetinin tələbələrinin köç prosesi nə vaxt başlayacaq? | Nazirdən açıqlama
Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetində tədris sentyabrın 23-dən etibarən başlayacaq.
Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq.
Nazir qeyd edib ki, universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq xarakterində olacaq.
Emin Əmrullayev Qarabağ Universitetinə qəbul olan tələbələrin 99 faizinin qeydiyyatının başa çatdığını söyləyib:
“Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər”.