Qırğızıstanın turizm incisi İssık-Kul əsrarəngiz mənzərəsi ilə görənləri valeh edir - Baku TV
Qırğızıstanın əsrlər boyu öz sirrini qoruyan İssık-Kul gölü dünyanın ən böyük dağ göllərindən biridir.
İssık-Kul gölü təkcə Qırğızıstanın deyil, həm də dünyanın ən böyük dağ göllərindən biridir. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşməsinə baxmayaraq, göl qışda demək olar ki, donmur.
İssık-Kulun sahəsi 6000 kvadratkilometrdən çoxdur. Elə buna görə də sahilin bir çox nöqtəsindən qarşı tərəfi görmək mümkün olmur və insan özünü dəniz kənarında hiss edir. Gölün suyunun yüngül duzlu olması da təsadüf deyil. Bura yüzlərlə çay tökülsə də, ondan heç bir çay axmır. Su yalnız buxarlanaraq təbii dövranını davam etdirir.
İssık-Kul təkcə gözəlliyi ilə deyil, sirləri ilə də alimlərin diqqət mərkəzindədir. Araşdırmalar zamanı gölün dibində qədim yaşayış məskənlərinin və daş divarların qalıqları aşkar edilib. Ehtimal edilir ki, min illər əvvəl suyun səviyyəsinin qalxması nəticəsində bu yaşayış yerləri su altında qalıb.
Möhtəşəm təbiəti, zəngin tarixi və inkişaf etmiş turizm infrastrukturu ilə İssık-Kul bu gün Qırğızıstanın ən çox ziyarət edilən məkanlarından biridir. Lakin İssık-Kul təkcə təbiəti ilə deyil, həm də qonaqpərvərliyi ilə yadda qalır.
Mediaturun üçüncü günü Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi Azərbaycan jurnalistlərinin şərəfinə rəsmi ziyafət təşkil edib. Milli musiqi nümunələri, ənənəvi ifalar və səmimi qonaqpərvərlik mediaturun iştirakçılarında xoş təəssürat yaradıb.
#Qırğızıstan teqi istifadə olunub
- Hörmüz boğazında gərginlik | Məktəb ləvazimatını necə seçək? | Pezeşkiandan mesaj - YENİ BİR SƏHƏR
- Azərbaycan və Qırğızıstan müttəfiqliyi gücləndirir - Baku TV
- İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib - Baku TV
- İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfərindən görüntülər - Baku TV
- Azərbaycan və Türkiyə prezidentləri Bişkekdə nələri müzakirə etdilər? - Baku TV
