Qonşu ölkədən ağır xəstəlik yayılır | Sərhəd-keçid məntəqələri mütləq...
Bir müddət əvvəl sosial şəbəkələrdə, eləcə də mediada ağcaqanadlar vasitəsilə yayılacaq yeni xəstəliyin pandemiyaya səbəb ola biləcəyi haqda məlumat yayılmışdı. Son günlər isə qonşu İranda aedes ağcaqanadı vasitəsilə xəstəlik yayılması, bu xəstəliyə yoluxanların sayının 90-a çatması və onların arasında ölüm hallarının da qeydə alınması “yeni pandemiya gözlənilirmi?” sualını gündəmə gətirib.
Mövzu ilə bağlı danışan professor Adil Qeybulla ağcaqanadların bir çox xəstəliyin – malyariyanın, danq qızdırmasının və digər virusların asanlıqla yayılmasında önəmli rolu olduğunu bildirib.
Onun sözlərinə görə, bunun qarşısını almaq üçün bəzi yerlərdə gölməçələr qurudulur, ağcaqanadlar məhv edilir:
“Hansısa xəstəliyin pandemiya yaratması məsələsinə gəlincə, adətən pandemiyaya meyilli xəstəliklər hava-damcı yolu ilə yayılanlardır. Məsələ bundadır ki, ağcaqanadla yayılan xəstəliklər əsasən qanla keçir. Ona görə də burada pandemiya qorxusu yoxdur. Buna baxmayaraq, istənilən halda bir infeksiyanın necə performans göstərəcəyini öncədən proqnozlaşdırmaq çox çətindir. Ona görə də nəsə peyda olubsa, mütləq onunla bağlı tədbir görülməli, hər bir dövlət transsərhəd keçid zonalarında bunu nəzərə almalıdır”.
#Yoluxucu xəstəliklər teqi istifadə olunub
- “Xəstəliyin başlanmasından 5-7 gün sonra vəziyyət daha da ağırlaşır” | Xəbərdarlıq
- Əhaliyə maska xəbərdarlığı | Bu ölkədə epidemiya yayılır
- Bazarda mal ətinin satışı azalıb? | Alıcılar və satıcılar danışdı
- Səhiyyə Nazirliyindən vətəndaşlara çağırış | Bu tarixdən...
- Virus infeksiyalarına qarşı təcili tədbir | Nazirlik əhaliyə müraciət etdi - CANLI
