Pleyeri seçin:
"220 manat idi, bu il düşüb" | Yeni il bəzəklərinin qiymətləri necədir? - Baku TV
Yeni ilin yaxınlaşması paytaxt bazarlarında hərəkətliliyi artırıb.
Küçələrdə və ticarət mərkəzlərində rəngbərəng yolkalar, işıq saçan oyuncaqlar və müxtəlif bayram aksesuarları alıcıların diqqətini cəlb edir, sanki hər kəsin içindəki “uşağı” sevindirir. Lakin bayram ab-havasına baxmayaraq, qiymətlər mövzusunda fikir ayrılığı hökm sürür.
Satıcılar məhsulların ucuzlaşdığını bildirirlər.
Onlardan biri belə deyir: “Qiymətlər ucuz olmasına baxmayaraq, alıcı kütləsi çox zəifdir”.
Alıcıların fikirləri isə fərqlidir. Bəziləri qiymət artımından narazıdır.
“Bu il qiymətlər ucuzdur”, – deyə sakinlərdən biri iddia etsə də, başqa bir alıcı bayram alış-verişinin kifayət qədər baha başa gəldiyini vurğulayıb: “1000 manat lazımdır ki, gözoxşayan bir şey olsun”.
Kopyalandı
#Yeni il teqi istifadə olunub
- Paris yeni ili sakit qarşılamadı | Fransada aləm bir-birinə dəydi - Baku TV
- "Hər il buna görə gəlirik" | Turistlər niyə Yeni ili Azərbaycanda keçirirlər? - Baku TV
- Mehriban Əliyeva Yeni illə bağlı paylaşım etdi - Baku TV
- “Buna görə məhz Bakıya gəldim” | Yeni ildə insanlar nələr gözləyir? - Baku TV
- 2026-cı ilin ilk qız övladı bu rayonda dünyaya göz açdı - Baku TV
