Pleyeri seçin:

"Anormal davranırsa, normaldır" | Boşanmaların səbəbi: "Hər dəqiqə deyir ki, göstər..."- Baku TV

03 mart 2026 499 baxış

Son illər boşanma statistikasında artım müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, ailələrin dağılmasına səbəb yalnız maddi problemlər və ya xəyanət deyil. Münasibətlərdə artan güvənsizlik və əsassız şübhələr də buna səbəb olan əsas faktorlardandır.

8 saylı Mediasiya Təşkilatının direktoru Mayıl Əhməd bildirib ki, tərəflər bir-birindən daimi nəzarət tələb edirlər:

“Bəy xanıma, ya da xanım bəyə bildirir ki, sənin yazışmalarına baxmalıyam, hər dəqiqə telefonu mənə göstərməlisən. Əsassız şübhələr, bir-birinə qarşı xəyanət ittihamları ortaya çıxır. Belə hallarda biz tərəfləri ailə psixoloquna müraciət etməyə dəvət edirik. Çalışırıq izah edək ki, hər hansı yazışma iş yoldaşı və ya dost tərəfindən göndərilmiş ola bilər. Müasir dövrdə insanlar iş ahəngi və sosial əlaqələr səbəbi ilə yazışırlar. Bu isə o demək deyil ki, tərəflərdən biri xəyanət edib. Araşdırma aparılmadan birbaşa məhkəməyə müraciət etmək düzgün yanaşma deyil”.

Psixoloqlar isə bildirirlər ki, əsassız şübhə, qarşı tərəfi ittiham etmək paranoyanın əlamətidir. Bu psixoloji problemdən əziyyət çəkən şəxs daim münasibətdə olduğu insanı nəzarət altında saxlamağa çalışır.

Psixoloq Rəxşan Əli Əzimzadənin sözlərinə görə, paranoya insanın əsassız şəkildə şübhələnməsi, başqalarının ona qarşı pis niyyətli olduğuna inanmasıdır:

“Münasibətdə bu, özünü telefon və sosial media hesablarına nəzarət, şifrlərin tələb olunması, kimə nə yazıldığının soruşulması ilə göstərir. Davamlı və yerli-yersiz suallar, artan xəyanət şübhələri, sözlərə gizli məna yükləmək bu halın əsas əlamətləridir. Amerika Psixoloqlar Assosiasiyasının araşdırmasına görə, paranoid xüsusiyyətlər kişilərdə qadınlara nisbətən daha çox müşahidə olunur. Təbii ki, bunun müalicəsi var və koqnitiv davranış terapiyası ilə problem üzərində işləmək mümkündür”.

Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 499 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 499 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 499 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 499 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 499 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 499 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 499 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 499 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 499 baxış
Seçilmişlər
icon