Pleyeri seçin:

"Dedi ki, mənə heç nə edə bilməzsiniz!" - "Azerina" müştərini şantaj edib? | Şok səs yazısı

13 fevral 2026 87 baxış

Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan görüntülərdə pasiyentlərinin xüsusi geyimdə seanslara qatılması, bədənlərinin titrəməsi və ağlayaraq yerə yıxılması ilə gündəmə gələn “Azerina” ləqəbli, özünü həyat təlimçisi və psixoloq kimi təqdim edən Əfsanə Qasımlı yenidən müzakirə mövzusuna çevrilib.

Sözügedən görüntülər cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu. Bu dəfə isə Əfsanə Qasımlı “Beauty Time” gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onu aldatdığını iddia etməsi ilə diqqət çəkib.

Hadisənin fonunda həm Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərdə, həm də sosial şəbəkələrdə paylaşılan şərhlərdə vətəndaşlar “Azerina” ləqəbli Əfsanə Qasımlının onları aldatdığını bildirirlər. Bəzi şəxslər külli miqdarda maddi zərərə məruz qaldıqlarını iddia edirlər.

Şikayətçilərdən biri bildirib ki, iki-üç il əvvəl sosial şəbəkələrdə “Azerina” adlı xanım özünü aktiv şəkildə reklam etməyə başlayıb:

“Deyirdi ki, pulqabıları satıram və onları əldə etsəniz, içi pulla dolu olacaq. Qiymət 250 manat idi. Niyə bu qədər bahalı olduğunu soruşanda isə cavab verirdi ki, bu mənim çəkdiyim əziyyətə görədir. Bildirirdi ki, guya biz işləmədən, heç bir əmək sərf etmədən pul qazanacağıq. Lakin həmin pulqabı boş qaldı. “Azerina” mesajlarımıza cavab vermədi”.

Əfsanə Qasımlı isə sözügedən iddiaları qəbul etmədiyini deyib:

“Pulqabını alırsan, içi dolur” deməmişik. Elə olsaydı, hamı milyarder olardı. Hazırda Könül Həmzəyeva tərəfindən qurulan bir oyunun içindəyəm. Əgər pasiyentin şikayəti varsa, niyə gəlib birbaşa mənə demir?!”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən qeyd olunub ki, sözügedən faktlarla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Yol kənarını zəbt edən sahibkar kimdir? | Qurumlar olanlara nə cavab verdi? - Baku TV

Yol kənarını zəbt edən sahibkar kimdir? | Qurumlar olanlara nə cavab verdi? - Baku TV

Cəmiyyət
13 fevral 2026 87 baxış
"Qeyri-adi insan idi" | Amaliya Pənahovanın 80 illik yubileyi qeyd edildi - Baku TV

"Qeyri-adi insan idi" | Amaliya Pənahovanın 80 illik yubileyi qeyd edildi - Baku TV

Cəmiyyət
13 fevral 2026 87 baxış
"Ustalarda qalmışıq, pul çatdıra bilmirik" | Əhalinin baş götürüb qaçmaq istədiyi kənd - Baku TV

"Ustalarda qalmışıq, pul çatdıra bilmirik" | Əhalinin baş götürüb qaçmaq istədiyi kənd - Baku TV

Cəmiyyət
13 fevral 2026 87 baxış
"Harada gəldi, belə işlər görürlər" - Taksi parkı ilə avtoservis əməkdaşlarının mübahisəsi - Baku TV

"Harada gəldi, belə işlər görürlər" - Taksi parkı ilə avtoservis əməkdaşlarının mübahisəsi - Baku TV

Cəmiyyət
13 fevral 2026 87 baxış
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan bloger azadlıqda - Baku TV CANLI

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan bloger azadlıqda - Baku TV CANLI

Cəmiyyət
13 fevral 2026 87 baxış
Xirtdəyədək problemi olan "Məzun evi"ndə dəhşətə gətirən mənzərə - Baku TV

Xirtdəyədək problemi olan "Məzun evi"ndə dəhşətə gətirən mənzərə - Baku TV

Cəmiyyət
13 fevral 2026 87 baxış
"Bir Elin Manifesti" müsabiqəsinin qalibləri mükafatlandırıldı - Baku TV

"Bir Elin Manifesti" müsabiqəsinin qalibləri mükafatlandırıldı - Baku TV

Cəmiyyət
13 fevral 2026 87 baxış
Neftçalada güclü yağışlar sakinlər üçün çətinliklər yaratdı - Baku TV

Neftçalada güclü yağışlar sakinlər üçün çətinliklər yaratdı - Baku TV

Cəmiyyət
13 fevral 2026 87 baxış
“Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib - Baku TV

“Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib - Baku TV

Cəmiyyət
12 fevral 2026 87 baxış
"Mən ölsəm, kim basdıracaq?" | Sumqayıtda 2500 manata satılan məzar yerləri - Baku TV

"Mən ölsəm, kim basdıracaq?" | Sumqayıtda 2500 manata satılan məzar yerləri - Baku TV

Cəmiyyət
12 fevral 2026 87 baxış
Seçilmişlər
icon