Pleyeri seçin:

"Əhməd haradadır?" filmində nə üçün qadınlar güc sahibi, kişilər fağır qələmə verilib? | ARAŞDIRMA

22 avqust 2024 279 baxış

Uşaqlıqdan bu günə qədər dəfələrlə baxıb güldüyümüz bir filmdə kişilər fağır, qadınlar isə güc sahibi kimi qələmə verilir. Söhbət “Əhməd haradadır?” filmindən gedir.

Ədil İsgəndərovun kinoda quruluş verdiyi ilk və son işi olan 1963-cü ildə çəkilmiş “Əhməd haradadır?” filmi ilə Azərbaycan kinosunda anaxaqanlığının əsası qoyulub.

Film ilk baxışdan gənc nəslin köhnə adət-ənənələrə qarşı mübarizəsini göstərsə də, əslində, qadın hegemonluğunun ön plana çıxdığını görürük. Filmin maraqlı cəhəti odur ki, burada söz sahibi kişilər yox, qadınlardır.

Ekran əsərində demək olar ki, bütün kişilər qadınlardan çəkinir. Təsadüfi deyil ki, “Əhməd haradadır?” filmində “Şirin” kişi adıdır. Lakin ta qədimdən şifahi və bədii ədəbiyyatımızda “Şirin” adı qadınlara verilib. Şirinin arvadına “komandir” deməsi də kinomuzda ilklərdəndir.

Azərbaycan adət-ənənəsinə görə, nişan üzüyünü analar bir-birinə versələr də, filmdə bu işi atalar görür. Ümumiyyətlə, Şirin kişinin ailəsində ixtiyar sahibi Nərgiz xaladır.

Filmin bir səhnəsində evlənmək istəməyən Əhmədə atası hədə-qorxu gəlir. Bu vaxt Nərgiz xala işə qarışır. Amma Azərbaycan milli dəyərlərinə görə, ata uşağı danlayanda ana müdaxilə etməməlidir.

Qonşu Leyla da evin kişisini – atasını saymır, ona açıq şəkildə qarşı çıxır. Buna baxmayaraq, Leylanın atası Məmməd qızına Bakıda xərcləməsi üçün pul verir. Leylanın çamadanı vağzalda başqasının çamadanı ilə dəyişik düşür. Bu vaxt biz əlində çamadanla taksiyə doğru gedən Yusifin dilindən arvadı Ofeliyaya ünvanlanmış qəzəl eşidirik.

“Əhməd haradadır?” filmindən əvvəl çəkilmiş bütün Azərbaycan filmlərində kişilər qadınlardan daha boylu-buxunlu və güclü göstərilib. Yusif və Ofeliya cütlüyü isə bu kultu yerlə-yeksan edir.

Ceyranın sənət seçimindən həyat yoldaşı seçiminə qədər bütün qərarları anası Nərgiz xala verir. Konsert bitdikdən sonra iştirakçılar sürücü Əhmədlə Ceyranın evlənməsi üçün valideynlərdən icazə alırlar və yenə də ixtiyar sahibi Nərgiz xaladır.

Qeyd edək ki, film ilk olaraq Moskvada qəbul edilmir və zəif ekran əsəri kimi qiymətləndirilir. Lakin sonra SSRİ-nin müxtəlif bölgələrindən sifarişlər alaraq, ən çox göstərilən və gəlir gətirən filmlərdən birinə çevrilir.

"Məqsədimiz odur ki, tələbələr..." | WUF13-lə bağlı növbəti məlumatlandırma sessiyası - Baku TV

"Məqsədimiz odur ki, tələbələr..." | WUF13-lə bağlı növbəti məlumatlandırma sessiyası - Baku TV

Cəmiyyət
13 may 2026 279 baxış
"Digər tətbiqlər də bağlanacaq" | Dövlət xidmətləri necə təqdim olunacaq? - Baku TV

"Digər tətbiqlər də bağlanacaq" | Dövlət xidmətləri necə təqdim olunacaq? - Baku TV

Cəmiyyət
13 may 2026 279 baxış
Piyada zonaları ilə bağlı dəyişiklik | Sakinlər təəssüratlarını bölüşdü - Baku TV

Piyada zonaları ilə bağlı dəyişiklik | Sakinlər təəssüratlarını bölüşdü - Baku TV

Cəmiyyət
13 may 2026 279 baxış
"Tanrı öldü" ifadəsinin gizli mənası nədir? | "Musiqi haram yox, ibadətin vacib elementidir" - AMİN

"Tanrı öldü" ifadəsinin gizli mənası nədir? | "Musiqi haram yox, ibadətin vacib elementidir" - AMİN

Cəmiyyət
13 may 2026 279 baxış
"İpək yolu" rallisi Bakıya çatdı | "1 ildir ki, buna hazırlaşırdıq" - Baku TV

"İpək yolu" rallisi Bakıya çatdı | "1 ildir ki, buna hazırlaşırdıq" - Baku TV

Cəmiyyət
13 may 2026 279 baxış
"Can veririk, bizə kömək edin!" | Bu kənddə qalan sakinlər fəryad edir - Baku TV

"Can veririk, bizə kömək edin!" | Bu kənddə qalan sakinlər fəryad edir - Baku TV

Cəmiyyət
13 may 2026 279 baxış
Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı yaradılan şəraitlə tanışlıq - Baku TV

Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı yaradılan şəraitlə tanışlıq - Baku TV

Cəmiyyət
13 may 2026 279 baxış
Məşhur aktyorlarımızın çəkildiyi bu film niyə illərlə göstərilmədi? - Baku TV

Məşhur aktyorlarımızın çəkildiyi bu film niyə illərlə göstərilmədi? - Baku TV

Cəmiyyət
13 may 2026 279 baxış
“Erməni məhsullarını bu adla gətirirlər” | Bu məhsullar gizlicə Bakı bazarında satılır? - Baku TV

“Erməni məhsullarını bu adla gətirirlər” | Bu məhsullar gizlicə Bakı bazarında satılır? - Baku TV

Cəmiyyət
13 may 2026 279 baxış
Duşdakı duruşunuz xarakteriniz barədə nələrdən xəbər verir?

Duşdakı duruşunuz xarakteriniz barədə nələrdən xəbər verir?

Cəmiyyət
13 may 2026 279 baxış
Seçilmişlər
icon