Pleyeri seçin:

"Euronews Academy" layihəsinin təlim proqramı jurnalistlərə nələr qazandıracaq?

17 noyabr 2025 515 baxış

Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə təşəbbüsü ilə keçirilən “Euronews Academy” layihəsi çərçivəsində “Rəqəmsal Jurnalistika” mövzusunda növbəti təlim proqramı başlayıb.

Açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, “Euronews Academy” proqramı beynəlxalq media təcrübəsinin jurnalistlərlə paylaşılması üçün mühüm platformadır.

Təlimdə çıxış edən Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, medianın inkişafı innovativ yanaşmalar və peşəkarlığın artırılması ilə birbaşa bağlıdır. O qeyd edib ki, sözügedən beynəlxalq layihələr yerli jurnalistlərin rəqəmsal bacarıqlarının güclənməsinə və media mühitinin dayanıqlı inkişafına töhfə verir.

Təlimin ilk günü “Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika” mövzusuna həsr olunub. İştirakçılar “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə məlumatların təhlili, faktların yoxlanılması və süjetlərin strukturlaşdırılması prinsipləri ilə tanış olublar. Tədris prosesi interaktiv mühazirələr, qrup tapşırıqları, videoanalizlərlə davam edib.

Qeyd edək ki, təlim proqramının növbəti günlərində “Sosial media və “YouTube” kanalının idarə olunması” və “Mobil jurnalistika” modulları üzrə sessiyalar keçiriləcək.

"Melody School" İncəsənət və Elm Mərkəzinin Uşaqlar Gününə həsr olunmuş hesabat konserti - Baku TV

"Melody School" İncəsənət və Elm Mərkəzinin Uşaqlar Gününə həsr olunmuş hesabat konserti - Baku TV

Cəmiyyət
23 iyun 2026 515 baxış
“33 ildir gəlmirdim, bura əladır” | Şükürbəyli kəndində yeni həyat - Baku TV

“33 ildir gəlmirdim, bura əladır” | Şükürbəyli kəndində yeni həyat - Baku TV

Cəmiyyət
22 iyun 2026 515 baxış
AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV

AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV

Cəmiyyət
22 iyun 2026 515 baxış
Bir sıra çimərliklərdən istifadəyə məhdudiyyət qoyuldu - ANA XƏBƏR

Bir sıra çimərliklərdən istifadəyə məhdudiyyət qoyuldu - ANA XƏBƏR

Cəmiyyət
22 iyun 2026 515 baxış
“Kefsiz olanda bahalı maşınlarıma baxıram” | Şükran Soltanov hansı məşhur ifaçının mühafizəçisi idi?

“Kefsiz olanda bahalı maşınlarıma baxıram” | Şükran Soltanov hansı məşhur ifaçının mühafizəçisi idi?

Cəmiyyət
22 iyun 2026 515 baxış
Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib - Baku TV

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib - Baku TV

Cəmiyyət
22 iyun 2026 515 baxış
“13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV

“13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 iyun 2026 515 baxış
Çimərliklərə getmək istəyənlərə Səhiyyə Nazirliyindən xəbərdarlıq - Baku TV

Çimərliklərə getmək istəyənlərə Səhiyyə Nazirliyindən xəbərdarlıq - Baku TV

Cəmiyyət
22 iyun 2026 515 baxış
"Sürətlə gəlirik, anidən çıxır qabağımıza" | Mərkəzi küçədə dəhşətli mənzərə - Baku TV

"Sürətlə gəlirik, anidən çıxır qabağımıza" | Mərkəzi küçədə dəhşətli mənzərə - Baku TV

Cəmiyyət
22 iyun 2026 515 baxış
FHN-dən çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət - Baku TV CANLI

FHN-dən çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət - Baku TV CANLI

Cəmiyyət
22 iyun 2026 515 baxış
Seçilmişlər
icon