Pleyeri seçin:

"Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında mühüm memorandum imzalandı

09 oktyabr 2024 420 baxış

Oktyabrın 9-da "Global Media Group"un İdarə Heyətinin sədri Elnur Abdullayev və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcəklər.

Bir müddət öncə Qlobal Sazişə üzv kimi qoşulan "Global Media Group" ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahələrində məsuliyyətli biznes prinsiplərinin təşviqi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) sadiqliyini nümayiş etdirib.

"Global Media Group"un Korporativ Sosial Məsuliyyət strategiyası da dayanıqlı inkişaf dəyərlərinə və məsuliyyətli biznes təcrübələrinə əsaslanır.

Bu strategiya çərçivəsində şirkətlər qrupu bir sıra təşəbbüsləri reallaşdırmağa davam edir. Enerji səmərəliliyinin artırılması, proseslərin avtomatlaşdırılması, tullantıların azaldılması və onların emalı üçün aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, sənədlərin rəqəmsallaşdırılması nəticəsində kağız sənədlərin istifadəsinin minimuma endirilməsi, ədalətli iş mühitinin təmin edilməsi, sosial mühitə töhfələr verilməsi, işçiləri təkmilləşdirməklə sıx əməkdaşlığa təşviq edilməsi və s. istiqamətlərdə öz töhfələrini verməyə davam edir.

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 15 mindən artıq biznes və 3800 qeyri-biznes tərəfdaşlarını bir araya gətirən korporativ dayanıqlılıq təşəbbüsüdür. 

Kirayə ev tutmaq istəyən tələbə qızların başına nə gəldi? - Çəkilişdən sonra isə... - Baku TV

Kirayə ev tutmaq istəyən tələbə qızların başına nə gəldi? - Çəkilişdən sonra isə... - Baku TV

Cəmiyyət
09 iyul 2026 420 baxış
Bu kənddə problemdən bol heç nə yoxdur | "Hamısı onların başına dəyir..." - Baku TV

Bu kənddə problemdən bol heç nə yoxdur | "Hamısı onların başına dəyir..." - Baku TV

Cəmiyyət
09 iyul 2026 420 baxış
Kondisionerlərlə bağlı xəbərsiz olduğunuz təhlükə | “Məndə elə hal olub ki...” - Baku TV

Kondisionerlərlə bağlı xəbərsiz olduğunuz təhlükə | “Məndə elə hal olub ki...” - Baku TV

Cəmiyyət
09 iyul 2026 420 baxış
"26 min cərimələdilər, inana bilmədim" | Sakin "Azəriqaz"la məhkəməlik oldu, amma... - Baku TV

"26 min cərimələdilər, inana bilmədim" | Sakin "Azəriqaz"la məhkəməlik oldu, amma... - Baku TV

Cəmiyyət
09 iyul 2026 420 baxış
"Kimsə görməyəndə gətirib atırlar" | Dəhşətə gətirən hadisə | "Yandırırlar, baxan yoxdur" - Baku TV

"Kimsə görməyəndə gətirib atırlar" | Dəhşətə gətirən hadisə | "Yandırırlar, baxan yoxdur" - Baku TV

Cəmiyyət
09 iyul 2026 420 baxış
"Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV

"Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV

Cəmiyyət
09 iyul 2026 420 baxış
Məşhur yay ləzzəti ilə bağlı həkimdən xəbərdarlıq

Məşhur yay ləzzəti ilə bağlı həkimdən xəbərdarlıq

Cəmiyyət
09 iyul 2026 420 baxış
Psixoloji durumu yerində olmayan şəxs müəllim işləyir? - Baku TV

Psixoloji durumu yerində olmayan şəxs müəllim işləyir? - Baku TV

Cəmiyyət
09 iyul 2026 420 baxış
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV

Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV

Cəmiyyət
08 iyul 2026 420 baxış
Dövlət qurmaq üçün niyə din lazım idi? | Sovet dövrü bizi kimliyimizdən necə uzaqlaşdırırdı? - AMİN

Dövlət qurmaq üçün niyə din lazım idi? | Sovet dövrü bizi kimliyimizdən necə uzaqlaşdırırdı? - AMİN

Cəmiyyət
08 iyul 2026 420 baxış
Seçilmişlər
icon