“Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

22 oktyabr 2026 29 baxış

“Global Media Group” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 22 oktyabr 2026-cı il tarixində ənənəvi ağacəkmə aksiyasını həyata keçirib.

“Yaşıl gələcək birlikdə kök salır” şüarı altında təşkil olunan aksiya Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş tutub.

Qrupa daxil olan media qurumlarının və şirkətlərin əməkdaşlarından, həmçinin, Bakı Avropa Liseyinin şagirdlərindən ibarət könüllülər ərazinin relyefini və yerli iqlim şəraitini nəzərə alaraq zeytun və şam ağacı tingləri əkib, onlara aqrotexniki qulluq göstəriblər.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və cəmiyyətdə ekoloji məsuliyyətin artırılmasına töhfə verməkdir.

BMT-nin Qlobal Sazişinin üzvü olan “Global Media Group” korporativ sosial məsuliyyət siyasəti çərçivəsində ekoloji layihələrə və ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir. Qrup gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin formalaşdırılmasına yönəlmiş təşəbbüslərini mütəmadi olaraq davam etdirir.

“Global Media Group” haqqında:

“Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

Banner
“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

Press reliz
04 sentyabr 2026 29 baxış
Baku TV-dən 4 milyardlıq rekord!

Baku TV-dən 4 milyardlıq rekord!

Press reliz
01 sentyabr 2026 29 baxış
Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Press reliz
21 avqust 2026 29 baxış
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 iyul 2026 29 baxış
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 may 2026 29 baxış
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 aprel 2026 29 baxış
BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb

Press reliz
01 aprel 2026 29 baxış
Baku TV "YouTube" reytinqlərində liderdir

Baku TV "YouTube" reytinqlərində liderdir

Press reliz
01 aprel 2026 29 baxış
Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Baku TV YouTube-da 2 milyard baxışı ötüb

Press reliz
12 mart 2026 29 baxış
Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi

Press reliz
18 fevral 2026 29 baxış
Seçilmişlər
icon