Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur

18 noyabr 2026 81 baxış

​Baku TV-nin Rus redaksiyası (BAKU TV RU) 18 noyabr tarixində fəaliyyətinin 5 illik yubileyini qeyd edir.

Bu müddətdə redaksiya ölkənin informasiya məkanının ayrılmaz hissəsinə çevrilib.

Redaksiya Azərbaycanda və dünyada baş verən hadisələrə dair məlumatları dünyanın müxtəlif ölkələrində rusdilli kontent izləyənlərə çatdırmaq məqsədilə yaradılıb. Beş il ərzində minlərlə süjet, yüzlərlə canlı yayım, şərh və müsahibə hazırlanıb. Kanal bu müddətdə dəyişib, böyüyüb və inkişaf edib. Lakin iş prinsipləri dəyişməz qalıb: operativlik, aktuallıq və etibarlılıq redaksiyanın fəaliyyətində hər zaman əsas yer tutub.

Qısa müddətdə kanal rəqəmsal məkanda sürətli inkişafa nail olub və auditoriyasını əhəmiyyətli dərəcədə genişləndirib. 2021-ci ildə fəaliyyətə başlayan kanalın aylıq baxış sayı 2024-cü ildə 50 milyona çatıb. Həmin il kanal 1 milyon abunəçi həddini keçərək YouTube platformasının “Qızıl düymə” (Gold Button) mükafatına layiq görülüb.

Yubiley münasibətilə redaksiya heyəti ilə görüşən “Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov kollektivi təbrik edərək bildirib: 

“Baku TV-nin Rus redaksiyası qısa müddət ərzində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə etibarlı informasiya mənbəyi kimi özünü təsdiqləyib. Operativlik, peşəkarlıq və obyektivlik prinsiplərinə sadiq qalaraq milyonlarla izləyicinin rəğbətini qazanmaq komandanın gərgin əməyinin nəticəsidir. İnanıram ki, redaksiya bundan sonra da Azərbaycan həqiqətlərinin dünyada təbliğində mühüm rol oynayacaq və yeni uğurlara imza atacaq”.

Fəaliyyəti həm ölkədə, həm də xaricdə tanınan redaksiya dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb, bir sıra nüfuzlu təşkilatların fəxri fərmanları ilə təltif olunub. Bununla yanaşı, COP29, dekolonizasiya mövzusunda konfranslar, Qoşulmama Hərəkatı və digər mühüm beynəlxalq tədbirlər müntəzəm və geniş şəkildə işıqlandırılaraq tamaşaçılara operativ və ətraflı məlumat çatdırılıb.

Bu gün BAKU TV RU YouTube kanalını 1,3 milyondan çox abunəçi izləyir. Kanalın yarandığı gündən bu günədək paylaşdığı videolar isə ümumilikdə 1 milyard 932 milyon dəfə izlənilib. Bu rəqəmlər dünyada rusdilli kontent izləyənlərin BAKU TV RU-ya göstərdiyi böyük etimadın ən bariz göstəricisidir.

1 / 5
Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur
Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur
Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur
Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur
Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur
Kopyalandı
Banner
“Baku TV” kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib

“Baku TV” kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib

Press reliz
06 noyabr 2026 81 baxış
Prezidentdən sərəncam | Bir qrup media nümayəndəsi təltif olundu - Baku TV

Prezidentdən sərəncam | Bir qrup media nümayəndəsi təltif olundu - Baku TV

Press reliz
05 noyabr 2026 81 baxış
“Kəndinə qayıt” verilişinin 55-ci buraxılışı Dəmirçi kəndinə həsr olunub

“Kəndinə qayıt” verilişinin 55-ci buraxılışı Dəmirçi kəndinə həsr olunub

Press reliz
02 noyabr 2026 81 baxış
“Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

“Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib

Press reliz
22 oktyabr 2026 81 baxış
“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

Press reliz
04 sentyabr 2026 81 baxış
Baku TV-dən 4 milyardlıq rekord!

Baku TV-dən 4 milyardlıq rekord!

Press reliz
01 sentyabr 2026 81 baxış
Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Özbəkistan Milli Teleradio şirkətinin nümayəndə heyəti “Baku TV”də təlim proqramında iştirak edib

Press reliz
21 avqust 2026 81 baxış
“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

“Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” siyahısında yer alıb

Press reliz
16 iyul 2026 81 baxış
"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Press reliz
14 may 2026 81 baxış
“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

“Report” İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar

Press reliz
28 aprel 2026 81 baxış
Seçilmişlər
icon