"Haber Global"ın səkkiz yaşı tamam olur - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Global Media Group” ailəsinə daxil olan, regional və beynəlxalq informasiya məkanında mühüm rol oynayan “Haber Global” telekanalının sentyabrın 24-də 8 yaşı tamam olur.
2018-ci il sentyabrın 24-də ilk yayımını həyata keçirən kanal fəaliyyətə başladığı gündən etibarən Azərbaycanın maraqları baxımından bütün mühüm mövzuları diqqətdə saxlayır və ölkəmizlə bağlı həqiqətləri geniş tamaşaçı auditoriyasına müntəzəm olaraq çatdırır.
Telekanalın yayımladığı proqramlar və xüsusi layihələr Türkiyə və Azərbaycanda geniş izləyici kütləsinin rəğbətini qazanıb. Xüsusilə, Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi informasiya dəstəyi ilə “Haber Global” həm Türkiyə, həm də Azərbaycan tamaşaçılarının yüksək qiymətləndirdiyi kanallardan birinə çevrilib. Onun istehsalı olan verilişlər müxtəlif yerli və beynəlxalq festivallarda mükafatlara layiq görülüb.
#Haber Global teqi istifadə olunub
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- “Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV
- Ərdoğan Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini səsləndirdi - Baku TV
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
