Pleyeri seçin:

"İstifadə edib, yarı yolda qoydular" - Əlil idmançı üçün nə qədər pul lazımdır? - ARZUNUN VAXTI

06 dekabr 2025 208 baxış

“Arzunun vaxtı” verilişinin budəfəki qonağı əlilliyi olan ağır atlet, dəfələrlə Azərbaycan çempionu və gənclər arasında Avropa çempionu Rüstəm İmanzadədir.

1998-ci il təvəllüdlü idmançı 2014-cü ildə qatıldığı Avropa çempionatında 148 kiloqram ağırlığı qaldırarkən sağ qolunun qırılması və ştanqın belinə düşməsi nəticəsində ağır zədə alıb.

İdmançı bildirir ki, zədələnməsinin əsas səbəbi ardıcıl və kifayət qədər bərpa müddəti olmadan yarışlara çıxarılmasıdır:

“2014-cü ildə böyüklər arasında dünya çempionatına qatıldım. 16 yaşım var idi və 34 yaşa qədər idmançılarla mübarizə aparırdım. Cəmi 20 gün sonra isə məni gənclər arasında Avropa çempionatına göndərdilər. Halbuki ağır atletikada yarışlar arasında ən azı 3 ay fasilə olmalıdır. Güclü olduğuma görə məni hər yarışa aparırdılar və getməsəm milliyə salınmayacağımı, maaşımın kəsiləcəyini deyirdilər. İndi anlayıram ki, məndən istifadə olunub və məni yarı yolda qoyublar”.

Ağır zədədən sonra 11 ildir ki, yeriyə bilməyən Rüstəmin sözlərinə görə, əməliyyatdan sonra həkimlər 5 ilə tam sağalacağını desələr də, fizioterapiyanın davamlı aparılmaması bu prosesi ləngidib:

“Artıq ayaqlarımı hərəkət etdirə bilirəm. Fizioterapiya dayandırılmasaydı, bəlkə də sağalıb idmana qayıda bilərdim”.

"Bizi aldadırlar!" - Bu binada yaşayanlar qorxu içindədir: "Töküləcək başımıza!" - Baku TV

"Bizi aldadırlar!" - Bu binada yaşayanlar qorxu içindədir: "Töküləcək başımıza!" - Baku TV

Cəmiyyət
03 mart 2026 208 baxış
Laçında Od çərşənbəsi belə qeyd olunur | Abdullayevlər ailəsində bayram sevinci - Baku TV

Laçında Od çərşənbəsi belə qeyd olunur | Abdullayevlər ailəsində bayram sevinci - Baku TV

Cəmiyyət
03 mart 2026 208 baxış
Artıq çəki yalnız iradə ilə bağlı deyilmiş

Artıq çəki yalnız iradə ilə bağlı deyilmiş

Cəmiyyət
03 mart 2026 208 baxış
Xərçəng immun sistemini necə aldadır?

Xərçəng immun sistemini necə aldadır?

Cəmiyyət
03 mart 2026 208 baxış
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur - Baku TV

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur - Baku TV

Cəmiyyət
03 mart 2026 208 baxış
“Yaxına gedin, özünüz görəcəksiniz” | Sumqayıtdakı obyekt sakinləri özündən çıxardı - Baku TV

“Yaxına gedin, özünüz görəcəksiniz” | Sumqayıtdakı obyekt sakinləri özündən çıxardı - Baku TV

Cəmiyyət
03 mart 2026 208 baxış
Ramazan ayının 13-cü gününün duası - Baku TV

Ramazan ayının 13-cü gününün duası - Baku TV

Cəmiyyət
02 mart 2026 208 baxış
Avtomobil alanların nəzərinə | Bu cür aldadıla bilərsiniz! - Baku TV

Avtomobil alanların nəzərinə | Bu cür aldadıla bilərsiniz! - Baku TV

Cəmiyyət
02 mart 2026 208 baxış
Təranə Muradova ilə şagirdlər arasında görüş keçirildi

Təranə Muradova ilə şagirdlər arasında görüş keçirildi

Cəmiyyət
02 mart 2026 208 baxış
"Vallah, dözə bilmirik!" | Sakinlər üsyan etdi: "Dedilər ki, mümkün deyil, dağılacaq..." - Baku TV

"Vallah, dözə bilmirik!" | Sakinlər üsyan etdi: "Dedilər ki, mümkün deyil, dağılacaq..." - Baku TV

Cəmiyyət
02 mart 2026 208 baxış
Seçilmişlər
icon