Pleyeri seçin:

"Link gəlir ki..." | "iPhone" sevdasından istifadə edib insanların başına oyun açırlar? - Baku TV

13 aprel 2026 54 baxış

Son günlər sosial şəbəkələrdə məşhur elektronika mağazaları və supermarketlərin adından paylaşılan saxta hədiyyə kampaniyaları geniş vüsət alıb.

Paylaşımlarda istifadəçilərə guya “iPhone 16”, “iPhone 17” və ya böyük məbləğdə hədiyyə kartı qazanmaq şansı vəd edilir. Bunun üçün isə cəmi bir neçə sadə sualı cavablandırmaq və təqdim olunan linkə daxil olmağın kifayət olduğu bildirilir.

Dələduzlar bu saxta kampaniyaları məşhur brendlərin adından yayaraq insanları cəlb etməyə çalışırlar.

Vətəndaşlar arasında yaxınlarının bu cür dələduzların qurbanına çevrildiyini təsdiqləyənlər də var.

“Bir tanışım həmin linkə daxil olmuşdu. Linkdə 100 manat ödəməklə “iPhone” qazanılacağı qeyd edilmişdi. Sonradan məlum oldu ki, bunu edən dələduz olub”, – deyə paytaxt sakinlərindən biri qeyd edib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür linklərə daxil olan istifadəçilər bank kartı məlumatlarını, şəxsi məlumatlarını, hətta sosial şəbəkə hesablarını itirmək riski ilə üzləşə bilərlər.

İKT üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, son dövrlər fişinq hücumları daha aqressiv xarakter alıb və onların geniş yayılmasında süni intellekt əsaslı texnologiyaların da rolu artıb.

Onun sözlərinə görə, hazırda neyron şəbəkələr vasitəsilə saxta məzmun, video və səs yazıları hazırlamaq çox asanlaşıb. Dələduzlar iri supermarketlər və məşhur elektronika mağazalarının adından guya hədiyyə kampaniyaları təşkil edir, hətta tanınmış şəxslərin süni intellektlə hazırlanmış görüntü və səslərindən istifadə edərək istifadəçiləri aldadırlar:

“Linkə daxil olduqda istifadəçi saxta saytlara yönləndirilir. Nəticədə sosial şəbəkə hesablarının, fərdi məlumatların ələ keçirilməsi baş verə bilər. Hətta bank kartı məlumatları və SMS təsdiq kodları daxil edildikdə dələduzlar bank tətbiqlərinə giriş əldə edə bilirlər”.

Nəticədə vətəndaşlar həm maddi ziyana düşür, həm də onların şəxsi məlumatları üçüncü şəxslərin əlinə keçir. Odur ki, məşhur mağazaların yalnız rəsmi səhifələrində yer alan kampaniyalara etimad göstərmək və bu cür paylaşımlarla qarşılaşdıqda mağazanın qaynar xəttinə zəng vuraraq məsələni aydınlaşdımaq tövsiyə edilir.

Kopyalandı
"Son 20 ildə belə şey olmamışdı" | Bakıya güclü dolu yağmasının səbəbi üzə çıxdı - Baku TV

"Son 20 ildə belə şey olmamışdı" | Bakıya güclü dolu yağmasının səbəbi üzə çıxdı - Baku TV

Cəmiyyət
15 aprel 2026 54 baxış
“Rəssamın dünyanı necə dəyişə bildiyi göstərilir” | “Yaddaşa həkk olunan təsvir” adlı sərgi

“Rəssamın dünyanı necə dəyişə bildiyi göstərilir” | “Yaddaşa həkk olunan təsvir” adlı sərgi

Cəmiyyət
15 aprel 2026 54 baxış
"Yoldaşım fəhlədir, o pulu heç cür tapa bilmərik" - 11 yaşlı İncinin ailəsi fəryad etdi - Baku TV

"Yoldaşım fəhlədir, o pulu heç cür tapa bilmərik" - 11 yaşlı İncinin ailəsi fəryad etdi - Baku TV

Cəmiyyət
15 aprel 2026 54 baxış
Ölümə görə kompensasiya qalmaqalı | Şirkət niyə ödəniş etmir? - Baku TV

Ölümə görə kompensasiya qalmaqalı | Şirkət niyə ödəniş etmir? - Baku TV

Cəmiyyət
15 aprel 2026 54 baxış
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə | "33 ölkənin 230-dan çox universiteti..." - Baku TV

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə | "33 ölkənin 230-dan çox universiteti..." - Baku TV

Cəmiyyət
15 aprel 2026 54 baxış
Qəbul prosesində süni intellektdən istifadə ediləcək?

Qəbul prosesində süni intellektdən istifadə ediləcək?

Cəmiyyət
15 aprel 2026 54 baxış
"Bu ənənə 1986-cı ildən başlayıb" | Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş tədbir - Baku TV

"Bu ənənə 1986-cı ildən başlayıb" | Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş tədbir - Baku TV

Cəmiyyət
15 aprel 2026 54 baxış
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür - Baku TV

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür - Baku TV

Cəmiyyət
15 aprel 2026 54 baxış
Abşeronda müğənni sevgilisi tərəfindən döyülüb? - Baku TV

Abşeronda müğənni sevgilisi tərəfindən döyülüb? - Baku TV

Cəmiyyət
15 aprel 2026 54 baxış
Yaxın Şərqdəki vəziyyətin ziyarətə təsiri olacaq? | QMİ rəsmisindən açıqlama - 24 SAAT

Yaxın Şərqdəki vəziyyətin ziyarətə təsiri olacaq? | QMİ rəsmisindən açıqlama - 24 SAAT

Cəmiyyət
15 aprel 2026 54 baxış
Seçilmişlər
icon