Pleyeri seçin:

"MTK nəinki göz yumur, hətta..." | Çoxmərtəbəli binada daşıyıcı divarlar sökülür? - Baku TV

19 avqust 2026 275 baxış

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş bildirir ki, Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən 16 mərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzil iki hissəyə bölünüb. Bunun üçün binanın daşıyıcı divarı dağıdılaraq əlavə qapı açılıb. Eyni zamanda mənzilin daxilində də daşıyıcı divara müdaxilə edilib.

Daşıyıcı divara müdaxilə olunması isə binanın təhlükəsizliyi baxımından ciddi risk yarada bilər.

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə MTK rəhbərliyinə, Fövqəladə Hallar Nazirliyinə və Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsə də, şikayətinə baxılmayıb. O həmçinin bildirir ki, oxşar hal daha 10 mənzildə də qeydə alınıb.

“Üçüncü mərtəbədə lift meydançasında cəmi dörd mənzil var idi. Bu qapı açılıb, beşinci qapı kimi mənzil iki yerə bölünüb. Bu divar beton konstruksiyadır. Birinci mərtəbədən 16-cı mərtəbəyə qədər bütöv bir daşıyıcı divardır. Divar sındırılıb və buradan əlavə qapı açılıb. Gördüyünüz kimi, qapı da düz açılıb rigelin altından. Bura isə ən təhlükəli yerdir. Rigel birinci mərtəbədən 16-cı mərtəbəyə qədər bu divarla birlikdə binanı saxlayır.

Bu bina artıq altı ilə yaxındır ki, Dövlət Komissiyasına təhvil verilib. Lakin “Baku Group” MTK öz öhdəliklərini yerinə yetirmir. Həyətə baxın, bütün maşınlar buradadır. Çünki qarajda şərait yoxdur. Hər dəfə yağış yağandan sonra orada təxminən 20 santimetrə qədər su qalxır”, – şikayətçi deyib.

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 275 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 275 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 275 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 275 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 275 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 275 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 275 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 275 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 275 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 275 baxış
Seçilmişlər
icon