"Müdirlər ancaq qızları önə çəkir" | Bu şəxslər pensiya ilə bağlı problemlə üzləşir
İş elanlarına nəzər saldıqda vakansiyalarda işəgötürənlərin əksəriyyətinin işçi ilə bağlı yaş və cins məhdudiyyətləri qoyduqları məlum olur.
Eyni zamanda iş yerlərində müxtəlif səbəblərdən əmək müqavilələrinə xitam verilərkən ortayaşlı şəxslərə üstünlük verildiyi müşahidə edilir. Bu isə həmin şəxslərin pensiya yaşınadək olan dövrdə maddi çətinliklə yanaşı, pensiya təminatını sual altına qoyur.
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Vətəndaşlar “Bəzi şirkət rəhbərləri ancaq qızları önə çəkirlər”, “Yaşa deyil, təcrübəyə baxmaq lazımdır” kimi fikirlər səsləndirərək mövcud problemə etirazlarını bildiriblər.
İş yerlərindəki ayrı-seçkilik Konstitusiyanın 25-ci və Əmək Məcəlləsinin 16-cı maddəsinin tələblərinə ziddir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilir ki, sözügedən əməlləri törədən işəgötürənlər məsuliyyət daşıyırlar.
#İş elanı teqi istifadə olunub
- "Cavanlar CV verib illərlə gözləyir ki..." | Niyə özümüzə uyğun iş tapa bilmirik? - Baku TV
- Şəkilə baxıb 3500 manat maaş təyin edilir? | "Həm üz, həm də bədən düşməlidir" - Baku TV
- Baku TV-də çalışmaq şansı: Bu sayta daxil olaraq CV-nizi göndərin
- Yaşı 30-u keçənlərə xəbərdarlıq: iş tapmırsınızsa, bunları edə bilərsiniz
