"Nə pulu qaytarırlar, nə evi verirlər" | Sakinlər ağlasığmaz dələduzluğun qurbanı oldular? - Baku TV
Abşeron rayonunun Mehdiabad qəsəbəsində mənzil alan bir qrup vətəndaş evlərinə köçə bilmədiklərini bildirir.
Şikayətçilərin sözlərinə görə, ərazidə beşmərtəbəli yaşayış binasının tikiləcəyi və mənzillərin 2026-cı ilin avqustunda təhvil veriləcəyi vəd olunub. Lakin təhvil müddətinə az vaxt qalmasına baxmayaraq, tikinti sahəsində yalnız binanın bünövrəsi mövcuddur.
Vətəndaş Elnur Əliyev bildirib ki, ailəsi tərəfindən ərazidən üç mənzil alınıb və ümumilikdə 127 min manat ödəniş edilib.
“Bu torpaq sahəsi başqasına məxsusdur, amma həmin ərazidə bizə ev satılıb. İndi isə torpağın sahibi elan vurub ki, ərazi satılır. Biz bilmirik ki, haqqımızı kimdən tələb edək. Ya pulumuzu qaytarsınlar, ya da başqa ərazidə ev versinlər. Amma nə pulu qaytarırlar, nə də mənzil verirlər”, – deyə Elnur Əliyev əlavə edib.
#Abşeron teqi istifadə olunub
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- "Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV
- Abşeron klinikasında bıçaqlanma hadisəsi baş verib - Baku TV CANLI
