Pleyeri seçin:

"Nə tikirsən, tik, bizə də yol ver" | İcra hakimiyyəti Digahda yolu satıb? - "200 min pul vermişəm"

25 noyabr 2026 71 baxış

Abşeron rayonu, Digah qəsəbəsi, Əliağa Vahid küçəsinin sakinləri iddia edirlər ki, Yaqub adlı iş adamı onların evlərinə gedib-gəlmək üçün istifadə etdikləri yolu satın alıb.

Vətəndaşlar bildirirlər ki, adıçəkilən şəxs həmin sahədə anbar tikməyi planlaşdırır. Bu isə sakinlərin gediş-gəliş yolunun bağlanması ilə nəticələnə bilər. 

Sakinlər sözügedən məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

“Burada bir iş adamı var. Deyir ki, mən bu yolu almışam, sənədim də var. Yolu bağlayacağını, şəhid bulağını da sökəcəyini bildirir. Qonşulara deyib ki, o yolu almaq üçün 200 min manat pul verib”, – onlardan biri söyləyib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi 2024-cü ildən etibarən vətəndaşın xüsusi mülkiyyətindədir və həmin mülkiyyət hüququ müvafiq çıxarışla rəsmiləşdirilib:

“Lakin sonradan ətraf ərazidə yaşayan sakinlər öz yollarını qısaltmaq məqsədilə vətəndaşa məxsus torpaq sahəsindən keçid yolu kimi istifadə etməyə başlayıblar. Hazırda mülkiyyətçi qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyət hüququ ilə ona məxsus olan, müvafiq sənədlərlə təsdiq edilmiş torpaq sahəsinin hasarlanmasını nəzərdə tutur. Burada hər hansı yeni tikilidən söhbət getmir. Söhbət yalnız mülkiyyətçinin qanunla qorunan hüquqlarından istifadə edərək öz torpaq sahəsinin sərhədlərini müəyyənləşdirməsi və ərazinin mühafizəsini təmin etməsindən gedir.

Eyni zamanda mülkiyyətçi ərazidə yerləşən şəhid bulağının şəhid ailəsi ilə razılaşdırılmış formada onların yaşadığı əraziyə köçürülməsini təmin etməyə hazır olduğunu bildirib. Bundan əlavə, mülkiyyətçi Abşeron Rayon İcra Hakimiyyətinin müraciətini və ərazidə mövcud infrastruktur ehtiyaclarını nəzərə alaraq layihədə nəzərdə tutulan yolun təmirini də öz üzərinə götürüb”. 

Banner
Qocalığı gecikdirən dərmanlar işə yarayır? - Uzun ömür yaşamağın sirri tapıldı? - Baku TV

Qocalığı gecikdirən dərmanlar işə yarayır? - Uzun ömür yaşamağın sirri tapıldı? - Baku TV

Cəmiyyət
25 noyabr 2026 45 baxış
Azərbaycan kinosuna ağır itki | Xalq artisti Elmira Şabanova vəfat etdi - Baku TV

Azərbaycan kinosuna ağır itki | Xalq artisti Elmira Şabanova vəfat etdi - Baku TV

Cəmiyyət
25 noyabr 2026 55 baxış
Su xəttində yaranan nasazlıq sakinlərin gediş-gəlişində çətinlik yaradır

Su xəttində yaranan nasazlıq sakinlərin gediş-gəlişində çətinlik yaradır

Cəmiyyət
25 noyabr 2026 27 baxış
Şəxsi həyat nə vaxt sosial media tamaşasına çevrilir? - AKTUAL GÜNDƏM

Şəxsi həyat nə vaxt sosial media tamaşasına çevrilir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
25 noyabr 2026 75 baxış
"Kimə göstərdim, bu pomidora yaxın durmadı" | "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü

"Kimə göstərdim, bu pomidora yaxın durmadı" | "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü

Cəmiyyət
25 noyabr 2026 94 baxış
“Nə təcili yardım gəlir, nə də qonaq” | Gediş-gəliş sakinlər üçün niyə əziyyətə çevrilib? - Baku TV

“Nə təcili yardım gəlir, nə də qonaq” | Gediş-gəliş sakinlər üçün niyə əziyyətə çevrilib? - Baku TV

Cəmiyyət
25 noyabr 2026 123 baxış
Memarlıq abidəsinə müdaxilə ilə bağlı qurumlar niyə fərqli açıqlamalar verir? - Baku TV

Memarlıq abidəsinə müdaxilə ilə bağlı qurumlar niyə fərqli açıqlamalar verir? - Baku TV

Cəmiyyət
25 noyabr 2026 129 baxış
Təhlükəli anlar | Güclü külək Gəncədə görün nələrə səbəb oldu - Baku TV CANLI

Təhlükəli anlar | Güclü külək Gəncədə görün nələrə səbəb oldu - Baku TV CANLI

Cəmiyyət
25 noyabr 2026 135 baxış
Piyadalar niyə yolun ortası ilə hərəkət edir?

Piyadalar niyə yolun ortası ilə hərəkət edir?

Cəmiyyət
25 noyabr 2026 135 baxış
“6-7 döngənin suyu buraya axır, göl olur!" | Əhali 2 ilə yaxındır ki, problemlə üz-üzədir - Baku TV

“6-7 döngənin suyu buraya axır, göl olur!" | Əhali 2 ilə yaxındır ki, problemlə üz-üzədir - Baku TV

Cəmiyyət
25 noyabr 2026 130 baxış
Seçilmişlər
icon