"Kimə göstərdim, bu pomidora yaxın durmadı" | "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin qaynar xəttinə müraciət edən Siyəzən rayonunun Böyük Həmyə kənd sakini Elgün Mahmudov problemlə üzləşdiyini bildirir.
Onun sözlərinə görə, sosial şəbəkə vasitəsilə Maştağa qəsəbəsində fəaliyyət göstərən şitilçilik təsərrüfatından 10 min ədəd pomidor şitili sifariş edib. Lakin ona göndərilən şitillərin sifariş verdiyi sortdan fərqli olduğunu iddia edir. Fermerin sözlərinə görə, nəticədə həm məhsuldarlığı aşağı düşüb, həm də ciddi maddi ziyanla üzləşib.
“Bir şitili 14 qəpiyə olmaqla ümumilikdə 10 min ədəd sifariş etdim. Ödənişin bir hissəsini karta, digər hissəsini isə sürücüyə verdim. Məhsul yetişəndə məlum oldu ki, şitillər istədiyim sort deyil. Pomidorlar uzun, bərk və içərisi ağ oldu. Satışa yararlı olmadığından məhsul əlimdə qaldı”, – deyə Elgün Mahmudov bildirib.
Tərəvəz şitilini satan Ağasahib Məlikov isə sözügedən iddialarla bağlı bunları deyib:
“10 min şitildən 10, 20, hətta 100 şitildə genetik dəyişiklik nəticəsində uzun pomidor çıxa bilər. Amma Elgün bəy bütün məhsulun belə olduğunu deyir. Mən ona bildirdim ki, məhsul tam yetişəndə videosunu çəksin və göndərsin. O zaman məsələni araşdırmaq mümkün olar. Onun əlində şitillərin məhz mənim təsərrüfatımdan alındığını təsdiqləyən sübut varmı? Şitillərin mənim təsərrüfatıma məxsus olması sual altındadır”.
#Siyəzən rayonu teqi istifadə olunub
- "Həyata bağlanmağa səbəbim yoxdur" | Hərbi xidmətdə yaralandığını deyən gənc kömək istəyir - Baku TV
- Siyəzəndə sakinlərin üzləşdiyi problem nə vaxt həll olunacaq? - Baku TV
- Sürücülərə təhlükəli anlar yaşadan körpü | Vəziyyətlə bağlı qurum nə cavab verdi? - Baku TV
- “Döyüb torba atırlar ki...” | Qədim adətləri yaşadan sakinlərin bayram coşqusu - Baku TV
- “7 yaşlı uşağı var, arzusu var idi ki..." | Ölən paraşütçü Nuranə ilə bağlı təcili məlumat
