Pleyeri seçin:

"Həyata bağlanmağa səbəbim yoxdur" | Hərbi xidmətdə yaralandığını deyən gənc kömək istəyir - Baku TV

11 sentyabr 2026 314 baxış

Siyəzən rayonunun Gilgilçay qəsəbə sakini, 20 yaşlı Dilavər Aslanlı hərbi xidmət zamanı baş verən partlayış nəticəsində ağır xəsarətlər aldığını bildirir.

Gəncin sözlərinə görə, hadisə 2025-ci il oktyabrın 16-da atış sahəsində baş verib. O, partlayış nəticəsində hər iki ayağından, əlindən və gözündən xəsarət aldığını, bədənində çoxsaylı qəlpələrin qaldığını deyir.

Dilavər bildirir ki, hadisədən sonra aylarla yataq xəstəsi olub, danışmaqda və hərəkət etməkdə çətinlik çəkib. Hazırda isə bədənində qalan qəlpələrin çıxarılması və digər müalicələrin aparılması üçün maddi imkanının olmadığını söyləyir.

Onun sözlərinə görə, bir gözünü itirib, dili də zədələnib. Gənc müalicəyə və dərmanlara ehtiyac duyduğunu, lakin bunun üçün kifayət qədər maddi imkanının olmadığını bildirir.

Dilavərin ailəsi də aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, lakin uzun müddət nəticə əldə edə bilmədiklərini iddia edir. Onlar bildirirlər ki, müxtəlif qurumlara elektron və yazılı şəkildə müraciətlər edilib, komissiyalardan keçirilib və gəncin vəziyyəti ilə bağlı sənədlər təqdim olunub.

Baku TV-nin çəkişindən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, 2006-cı il təvəllüdlü Aslanlı Dilavər İlham oğluna hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi, orqanizm funksiyalarının 100 faiz pozulmasına görə birinci dərəcə müddətsiz əlillik təyinatı aparılıb. Əlillik təyinatına uyğun olaraq Dilavərə müvafiq sosial ödənişlərin təyinatı da elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Banner
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 314 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 314 baxış
"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

Cəmiyyət
04 noyabr 2026 314 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 314 baxış
Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Cəmiyyət
04 noyabr 2026 314 baxış
“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 314 baxış
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 314 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 314 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 314 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 314 baxış
Seçilmişlər
icon