Pleyeri seçin:

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

04 noyabr 2026 30 baxış

Ağsu şəhər 3 nömrəli tam orta məktəbdə müəllimin şagirdə fiziki zorakılıq göstərdiyi iddia olunur.

Baku TV-nin qaynar xəttinə müraciət edən valideyn Əli Məmmədov 11 yaşlı oğlunun tarix müəllimi Dilarə Eminova tərəfindən döyüldüyünü bildirir.

Valideynin sözlərinə görə, hadisə oktyabrın 15-də tarix dərsi zamanı baş verib. Belə ki, 6-cı sinif şagirdi olan oğlunun qarşısında tarix kitabı əvəzinə Azərbaycan dili kitabı olub. Müəllim bunun səbəbini soruşduqda isə şagird Azərbaycan dili fənninin mövzusunu öyrəndiyini və dərsə hazırlaşdığını bildirib. Bundan sonra müəllimin ona fiziki zorakılıq göstərdiyi iddia olunur.

“Uşağın qulağına, ayağına vurub, qolunu göyərdib. Müəllim deyir ki, əsəblərimə hakim ola bilmədim. Direktora şikayət etdim, məsələ ilə şəxsən məşğul olacaqlarını bildirdilər”, – deyə valideyn əlavə edib.

Məktəbin direktor əvəzi Cəmil Şərifov bildirib ki, hadisə ilə bağlı şagirdlə həm məktəb psixoloqu, həm də özü söhbət aparıb. Onun sözlərinə görə, müəllimlə bağlı yekun qərar araşdırmanın nəticələrinə əsasən veriləcək:

“Hadisə ilə bağlı müstəntiq araşdırma aparacaq. Mən də müəllimlə söhbət edəcəyəm. Müəllimi birdən-birə işdən çıxara bilmərəm. Valideynləri də uşağın çox ərköyün olduğunu deyirlər. Bura məktəbdir, uşağın nazı ilə oynamayacağıq ki. Araşdırılsın, görək günah kimdədir, məsələ nədən qaynaqlanır. Nəticəyə uyğun qərar veriləcək”.

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən isə bildirilib ki, Ağsu rayon 3 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəlliminin 6-cı sinif şagirdinə qarşı uyğunsuz davranışı iddiaları ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Qurumdan qeyd olunub ki, ümumtəhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.

Banner
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 30 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 30 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 30 baxış
Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Cəmiyyət
04 noyabr 2026 30 baxış
“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 30 baxış
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 30 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 30 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 30 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 30 baxış
"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

Cəmiyyət
03 noyabr 2026 30 baxış
Seçilmişlər
icon