"Normal yol kimi görünür, amma..." | Bu yol insanları niyə faciəyə sürükləyir? - Baku TV
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sürücülərin həyatını təhlükəyə atan yol problemi sakinlərin narazılığına səbəb olub.
Söhbət qəsəbənin 6-cı massivində yerləşən Rasim Məmmədov küçəsindən gedir.
Sosial şəbəkələrdə yayılan görüntülərdən də görünür ki, asfalt örtüklü yolun sonunda böyük uçurum və dərə yerləşir. Ərazini tanımayan sürücülər, xüsusilə də gecə saatlarında bu yola daxil olduqda təhlükəni vaxtında görməyə bilər.
Sakinlərin sözlərinə görə, 6-cı massivdə bir neçə küçənin sonunda vəziyyət eynidir. Əvvəllər ərazidəki dərələr doldurularaq fərdi yaşayış evləri tikilib, lakin bəzi hissələrdə təhlükəli boşluqlar hələ də qalır.
Sakinlər bildirirlər ki, ərazinin problemi yalnız bununla məhdudlaşmır. Onların sözlərinə görə, burada su təminatı, ictimai nəqliyyat və küçə işıqlandırması ilə bağlı da ciddi çətinliklər var.
#Lökbatan teqi istifadə olunub
- Lökbatanda uzun müddətdir təmir olunmayan yol sakinləri narahat edir
- Qəsəbənin girişində "yoxa çıxan" yol | Lökbatanda yol niyə uzun müddətdir təmirsiz qalıb? - Baku TV
- Lökbatanda ölümlə üz-üzə | Sürücüləri gözləyən təhlükə - Baku TV
- Lökbatanda sürücülər üçün təhlükəli vəziyyət
- Sumqayıt istiqamətində sıxlıq yaranıb
