Pleyeri seçin:

"Oğlanfason" qız idim, ərim dedi ki... | İfaçı Almazxanım Musayevanın qeyri-adi həyatı - O VAXTLAR

12 fevral 2025 293 baxış

“O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki qəhrəmanı ifaçı Almazxanım Musayeva olub. Məktəbdə müəllimlərin sevimlisi olduğunu söyləyən A.Musayeva həmçinin gözəl səsinin olduğunu bildirib:

“Müəllimlərim dərslərdə mənə mahnı oxudurdular. Hətta 8-ci sinifdə imtahanda da mahnı oxumağımı istəmişdilər, bunun əsasında mənə qiymət yazdılar. Uşaqlar da məni çox istəyirdilər. Aktiv qız idim, oğlan kimi xasiyyətim var idi. At çapmağı çox sevirdim. Həmişə atamın böyründə gəzirdim, onun gördüyü işlərlə maraqlanırdım”.

Oxumaq üçün Gədəbəydən Bakıya gəldiyini deyən ifaçının sözlərinə görə, burada musiqi təhsili alaraq toylara getməyə başlayıb:

“Atam həkim idi. Müasir adam olduğu üçün bu qərarıma etiraz etmədi. İlk olaraq imtahan verib Kitabxanaçılıq fakültəsinə qəbul oldum. Sonra o sahə üzrə təhsil almaq istəmədiyimə görə musiqiyə yönəldim”.

İfaçı ailə həyatından bəhs edərkən bildirib ki, keçmiş həyat yoldaşı sənət dostu olub:

“O vaxtlar məni istəyənlər həddindən çox idi. Sevgi haqqında düşünmürdüm, ancaq sənətimi fikirləşirdim. Həyat yoldaşım sənət dostum idi, aramızda hörmət var idi. Sonradan xəbərim oldu ki, sən demə, əmisi qızı ilə onu “göbək kəsdi” ediblər.

Həyat yoldaşımdan bunu mənə niyə demədiyini soruşanda “xəbərin olsaydı, razı olmayacaqdın, ona görə də demədim” cavabını verdi. Sonra ondan ayrıldım, məni çox axtardı. Ayrılandan sonra mənimlə evlənmək istəyənlər çox oldu, amma razı olmadım. Çünki artıq könlüm sınmışdı”. 

Sürücüləri təhlükəyə salan çuxurlar | Problem nə vaxt həllini tapacaq? - Baku TV

Sürücüləri təhlükəyə salan çuxurlar | Problem nə vaxt həllini tapacaq? - Baku TV

Cəmiyyət
16 dekabr 2025 293 baxış
"Rəqsanə kitab oxumağı mahnı oxumaqla səhv salıb" | Sərxan Rüstəmov

"Rəqsanə kitab oxumağı mahnı oxumaqla səhv salıb" | Sərxan Rüstəmov

Cəmiyyət
16 dekabr 2025 293 baxış
"Sevincimi paylaşa da bilmirəm" | Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç - Baku TV

"Sevincimi paylaşa da bilmirəm" | Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç - Baku TV

Cəmiyyət
16 dekabr 2025 293 baxış
500 ispan Gəncəyə niyə göndərilmişdi? | Tarixçi çoxunun bilmədiyi faktları açıqladı - Baku TV

500 ispan Gəncəyə niyə göndərilmişdi? | Tarixçi çoxunun bilmədiyi faktları açıqladı - Baku TV

Cəmiyyət
16 dekabr 2025 293 baxış
Bir qaşığı ilə "möcüzə yaradan" xırnik bəhməzi görün necə hazırlanır? - Baku TV

Bir qaşığı ilə "möcüzə yaradan" xırnik bəhməzi görün necə hazırlanır? - Baku TV

Cəmiyyət
16 dekabr 2025 293 baxış
Doğma yurduna qayıdan xocavəndlilər hisslərini Baku TV ilə bölüşdü - Baku TV

Doğma yurduna qayıdan xocavəndlilər hisslərini Baku TV ilə bölüşdü - Baku TV

Cəmiyyət
16 dekabr 2025 293 baxış
Duman və yağış Ağsuda belə bir mənzərə yaratdı

Duman və yağış Ağsuda belə bir mənzərə yaratdı

Cəmiyyət
16 dekabr 2025 293 baxış
Xəstə uşaqların görüntüləri ilə pul qoparan fırıldaqçı saxlanıldı | DİN-dən açıqlama - Baku TV

Xəstə uşaqların görüntüləri ilə pul qoparan fırıldaqçı saxlanıldı | DİN-dən açıqlama - Baku TV

Cəmiyyət
16 dekabr 2025 293 baxış
Pasiyentlə həkim arasında qarşıdurma | Klinika iddiaları rədd etdi, nazirlik isə... - Baku TV

Pasiyentlə həkim arasında qarşıdurma | Klinika iddiaları rədd etdi, nazirlik isə... - Baku TV

Cəmiyyət
16 dekabr 2025 293 baxış
Cəlilabadda kənd sakinləri canavarla əlbəyaxa oldu - Baku TV

Cəlilabadda kənd sakinləri canavarla əlbəyaxa oldu - Baku TV

Cəmiyyət
16 dekabr 2025 293 baxış
Seçilmişlər
icon