Pleyeri seçin:

"Onlarda pul çoxdur, bizdə az?!" - İllərdir həll edilməyən problem sakinləri bezdirdi - Baku TV

21 iyul 2026 416 baxış

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətə əsasən, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 13 saylı binanın bəzi mənzillərində elektrik sayğacları quraşdırılsa da, digər mənzillər heç bir əsas göstərilmədən sayğacla təmin edilməyib.

Şikayətçilər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

“Mən dörd ildir burada yaşayıram. Mənə dedilər ki, çıxarışım və texniki pasportum varsa, Qara Qarayevdə yerləşən “ASAN kommunal”a müraciət edim, mənzilə sayğac quraşdırılsın. İki dəfə müraciət etmişəm, lakin hər dəfə imtina cavabı almışam. Səbəbini soruşanda deyirlər ki, binanın sənədlərində problem var. Əgər binanın sənədləri qaydasında deyilsə, 282 mənzilə sayğac necə quraşdırılıb? Hətta yaxın zamanda sayğac quraşdırılan iki mənzili kodları ilə birlikdə göstərə bilərəm.

Bu barədə soruşanda mənə bildirirlər ki, həmin sayğacları işıq idarəsi quraşdırıb. Guya binada yalnız bir-iki mənzilin sayğacı olmadıqda onlara sayğac quraşdırılır. Halbuki burada təxminən 20 mənzilin elektrik sayğacı yoxdur. Hamımız elektrik enerjisinə görə qeyri-əhali tarifi ilə ödəniş edirik. Mən aztəminatlı ailəyəm və işıq pulu çox gəlir. Ödənişin hara və necə hesablandığını bilmirəm. Əgər sayğacların quraşdırılması qanunidirsə, bizə də quraşdırsınlar. Qanunsuzdursa, gəlib hamısının sayğacını söksünlər və bunun qanunsuz olduğunu desinlər”, – deyə sakinlərdən biri bildirib.

Digər sakin isə beş ildir həmin binada yaşadığını və problemin həlli üçün müxtəlif qurumlara müraciət etdiklərini deyib:

“Beş ildir bu binada yaşayırıq. Elektrik sayğacının quraşdırılması üçün dəfələrlə müraciət etmiş, çoxlu mübahisələr yaşamışıq. Sonda işıq idarəsinə getdik. Oradan bizi “ASAN kommunal”a yönləndirdilər. Dedik ki, bəlkə, proseduru bilmirik, yolu göstərin, gedib məsələni həll edək. Qara Qarayevdəki “ASAN kommunal”da isə bildirdilər ki, bizə sayğac quraşdıra bilməzlər.

Əgər quraşdırmaq mümkün deyilsə, binanın yarısında sayğac niyə var, digər yarısında isə yoxdur? Bu, qanunsuzdursa, heç kəsdə sayğac olmasın. Qanunidirsə, sayğacı olmayan sakinlər digərlərindən nə ilə fərqlənirlər? Onların pulu çoxdur, bizimki azdır? Bu məsələni necə həll edəcəyimizi bilmirik”.

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 416 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 416 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 416 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 416 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 416 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 416 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 416 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 416 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 416 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 416 baxış
Seçilmişlər
icon