"Özümü tanıyandan bu kilsəyə gəlirəm" | Şimal bölgəsində Milad bayramı qeyd olundu - Baku TV
Yanvarın 7-də Xaçmazda yerləşən “Müqəddəs Möcüzəvi Nikolay” pravoslav kilsəsində Milad bayramı qeyd olunub.
Bayram münasibətilə ölkənin şimal rayonlarında yaşayan pravoslav xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar.
Kilsənin baş keşişi Qeorqiy Budaqov bayram münasibətilə möminləri və ölkə əhalisini təbrik edib. O bildirib ki, Milad – İsa Peyğəmbərin mövludu bütün xristianlar üçün müqəddəs və əlamətdar gündür:
“Bu günü bütün möminlər gözləyirdi. Bayram münasibətilə ölkə əhalisini təbrik edirəm. Qoy Allah ölkəmizi hifz etsin. Sülh və əmin-amanlıq içində yaşayaq”.
Xaçmaz sakini Marianna Movludovna isə qeyd edib ki, uzun illərdir bu kilsəni ziyarət edir:
“Mən Xaçmazda doğulub, böyümüşəm. Özümü tanıyandan bu kilsəyə gəlirəm. Burada bizi çox yaxşı qəbul edirlər, keşişimiz də yaxşıdır. Neçə illərdir buranı ziyarət edirik”.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
