Pleyeri seçin:

"Qapımızı qırıb təhqir edirlər!" - Sabunçuda şok qalmaqal | Sakinlər ayağa qalxdı - Baku TV

27 fevral 2026 637 baxış

Sabunçu rayonu, Əmir Bağırov küçəsində yaşayan sakinlər iddia edirlər ki, əvvəllər ukraynalı bir qadına məxsus olan həyət qanunsuz şəkildə satılıb və ərazidə ardıcıl olaraq sənədsiz evlər tikilib.

Onların sözlərinə görə, ərazidəki ağaclar da icazəsiz kəsilib. Bildirilir ki, tikinti işlərinə dəfələrlə müdaxilə olunsa da, proses sonradan yenidən davam etdirilib.

“Mərhumun qızının dediklərinə görə, ərazi ondan icazəsiz satılıb, yəni vərəsə odur. Maklerlər ərazini qanunsuz ələ keçirərək tikinti aparırlar. Aidiyyəti qurumlar dəfələrlə söküntü işləri həyata keçirsə də, yenə də tikintini davam etdirirlər. Bir neçə gün əvvəl gəlib qapımızı sındırmağa çalışır, bizi təhqir edirdilər. Hədə-qorxu gələrək “sizi burada yaşatmayacağıq” deyirdilər”, – sakinlərdən biri söyləyib.

Digər bir vətəndaş isə qeyd edib:

“10 gün əvvəl qadın bir makler gəlib qapımı döydü, hədə-qorxu gəldi, söyüş söydü. Qapını açmadım. Biz deyirik ki, tiksinlər, amma bunu qanuni yolla etsinlər, həyətimizi daraltmasınlar”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Əmir Bağırov küçəsində aparılan tikinti işləri ilə bağlı 6 fevral 2026-cı il tarixində vətəndaş müraciəti əsasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Qeyd olunan ərazidə yolu məhdudlaşdıracaq tikinti işlərinin aparılmaması üçün müvafiq nəzarətin təmin edilməsi məqsədilə yerli icra hakimiyyətinə rəsmi məktub ünvanlanıb.

Ərazidəki ağacların qanunsuz kəsilməsi iddiası ilə bağlı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qeyd olunub ki, araşdırma zamanı sözügedən ünvanda daş və dəmir lövhələrlə hasarlanmış ərazidə ağac və kol bitkilərinin kəsildiyi müəyyən edilib. Təqsirkar şəxslərin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır.

Banner
“Ay qonşular, heç nəyimi vermir!” | Kirayə qaldığı evə əşyalar aldı, ev sahibi ilə münaqişə yaşadı

“Ay qonşular, heç nəyimi vermir!” | Kirayə qaldığı evə əşyalar aldı, ev sahibi ilə münaqişə yaşadı

Cəmiyyət
23 oktyabr 2026 637 baxış
Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb

Cəmiyyət
23 oktyabr 2026 637 baxış
Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 637 baxış
Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Sumqayıt teatrında “Sürgün sevgi” tamaşasının premyerası keçirildi - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 637 baxış
Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 637 baxış
Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 637 baxış
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 637 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 637 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 637 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 637 baxış
Seçilmişlər
icon