"Üçmərtəbəli bina tikəcəyik" dedilər, görün nə oldu | Sakinlər şikayət edir - Baku TV
Abşeron rayonu, Masazır qəsəbəsi, Niyazi küçəsində yaşayan sakinləri ərazidə aparılan tikinti işləri narahat edir.
Sakinlərin bildirdiyinə görə, tikinti şirkəti əvvəlcə ərazidə üçmərtəbəli binanın inşasını planlaşdırdığını bəyan etsə də, sonradan mərtəbələrin sayı artırılıb. Vətəndaşlar bildirirlər ki, tikilinin mərtəbə sayı artdıqca onların həyətdə sərbəst və rahat hərəkət etməsi qeyri-mümkün olub.
Bununla yanaşı, tikinti şirkəti tərəfindən küçədəki yol örtüyü sıradan çıxarılıb, ərazidən keçən kanalizasiya xətti isə zədələnib. Hazırda çirkab sularının axması səbəbindən həmin əraziyə gediş-gəliş tamamilə məhdudlaşıb. Sakinlər həmçinin tikinti zamanı çoxlu sayda ağacın kəsildiyini və qurudulduğunu, hazırda ərazidə yalnız bir neçə ağacın qaldığını qeyd edirlər.
“Bizə əvvəlcə üçmərtəbəli binanın tikiləcəyi vəd olunmuşdu, lakin artıq səkkizinci mərtəbə tikilir. Bina ilə evimizin arasında cəmi 2–3 metr məsafə var. Təhlükəyə görə həyətə çıxmağa, uşaqları buraxmağa qorxuruq. Ərazidəki ağaclar kəsilib, yolumuz dağıdılıb. Bizə təzminat yox, küçəmizin bərpa olunması və təhlükəsizliyimizin təmin edilməsi lazımdır. Aidiyyəti qurumlardan tikintinin dayandırılmasını və ya əvvəlki qaydada – üç mərtəbə ilə məhdudlaşdırılmasını xahiş edirik”, – deyə şikayətçilərdən biri bildirib.
#Abşeron teqi istifadə olunub
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- "Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV
- Abşeron klinikasında bıçaqlanma hadisəsi baş verib - Baku TV CANLI
