Pleyeri seçin:

"Vətənə görə hər şeyimi atdım" - Kəmalə Xankəndiyə qayıdan sakinlərin qonağı oldu | KƏNDİNƏ QAYIT

01 fevral 2026 470 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Xankəndi şəhərinə səfər edilib.

Uzun illərdən sonra doğma yurdlarına qayıdan sakinlərin Xankəndidə yenidən həyat qurması, yeni iş yerləri açması və Bakıdakı peşələrini bura köçürərək fəaliyyətlərini davam etdirməsi buraxılışın əsas mövzularından olub.

Veriliş çərçivəsində hazırda bərbər kimi çalışan Xankəndi sakini Kərəm dayı ilə həmsöhbət olunub.

O, illər sonra Vətənə qayıdışının onun üçün nə qədər mənəvi əhəmiyyət daşıdığını bildirib:

“1982-ci ildən bərbər işləyirəm. O vaxt bu peşəyə elə burada başlamışam. Burada yeganə azərbaycanlı bərbər mən idim. Daha sonra 30 ildən çox Bakıda çalışdım, öz obyektim də var idi. Şəhidlərimizin, qazilərimizin hesabına 37 ildən sonra Vətənə qayıtdım. Vətən həsrəti ilə hər şeyi atıb gəldim ki, qalan 5 günlük ömrümü doğma torpaqda yaşayım”.

Söhbət zamanı kövrələn Kərəm dayı onu ən çox təsirləndirən məqamın vəfat edən anasının yarım qalan Vətən arzusu olduğunu deyib:

“Anam xəstə idi, 77 yaşı var idi. Vaxtilə burada müəllimə işləyirdi. Mənim sənədlərimin hazırlanması bir neçə ay çəkdi. Oktyabrın 21-də zəng edib dedilər ki, müqavilən hazırdır, gəl imzala. Həmin gün günorta anamın yanına getdim. Elə o gecə anam vəfat etdi. Fikrim anamı da götürüb bura gəlmək idi, amma qismət olmadı”.

Paytaxtda və regionlarda Aşura gününə görən qanvermə aksiyası keçirilib - Baku TV CANLI

Paytaxtda və regionlarda Aşura gününə görən qanvermə aksiyası keçirilib - Baku TV CANLI

Cəmiyyət
25 iyun 2026 470 baxış
"Bu mərasim peyğəmbər ailəsinə ehtiramın əlamətidir" | Gəncədə nümunəvi Aşura ənənəsi - Baku TV

"Bu mərasim peyğəmbər ailəsinə ehtiramın əlamətidir" | Gəncədə nümunəvi Aşura ənənəsi - Baku TV

Cəmiyyət
25 iyun 2026 470 baxış
Məşhur tiktoker "Arzum"un məhkəməsində nələr yaşandı? - Baku TV

Məşhur tiktoker "Arzum"un məhkəməsində nələr yaşandı? - Baku TV

Cəmiyyət
25 iyun 2026 470 baxış
"Valideynlər olmasa, Hindistandakı kimi yerdə oturacaqdıq" | Acınacaqlı halda qalan məktəb - Baku TV

"Valideynlər olmasa, Hindistandakı kimi yerdə oturacaqdıq" | Acınacaqlı halda qalan məktəb - Baku TV

Cəmiyyət
25 iyun 2026 470 baxış
“Deyir, görün sizə nə edəcəyəm!” | Şok əməlləri üzə çıxan qadın aradan belə çıxdı - Baku TV

“Deyir, görün sizə nə edəcəyəm!” | Şok əməlləri üzə çıxan qadın aradan belə çıxdı - Baku TV

Cəmiyyət
25 iyun 2026 470 baxış
Aldığı ev sakinin başına iş açdı | "Dedi ki, sübut edə bilməyəcəksən" - Baku TV

Aldığı ev sakinin başına iş açdı | "Dedi ki, sübut edə bilməyəcəksən" - Baku TV

Cəmiyyət
25 iyun 2026 470 baxış
"Maşın gedəndə əzilir, əsas da..." - Bu yoldan normal keçmək niyə müşkülə çevrilib? - Baku TV

"Maşın gedəndə əzilir, əsas da..." - Bu yoldan normal keçmək niyə müşkülə çevrilib? - Baku TV

Cəmiyyət
25 iyun 2026 470 baxış
İmtahan stresinin əsl səbəbi üzə çıxdı: günah valideynlərdədir? - AKTUAL GÜNDƏM

İmtahan stresinin əsl səbəbi üzə çıxdı: günah valideynlərdədir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
25 iyun 2026 470 baxış
AQP brifinqdə qiymətləndiricilərlə bağlı yeni mərhələnin detallarını bölüşüb - Baku TV

AQP brifinqdə qiymətləndiricilərlə bağlı yeni mərhələnin detallarını bölüşüb - Baku TV

Cəmiyyət
25 iyun 2026 470 baxış
Neftçalada DOST filialı fəaliyyətə başlayıb - Baku TV

Neftçalada DOST filialı fəaliyyətə başlayıb - Baku TV

Cəmiyyət
25 iyun 2026 470 baxış
Seçilmişlər
icon