Pleyeri seçin:

“220 min pul gedib, deyir ki...” | Evə görə vətəndaşın başına oyun açdılar? - Baku TV

24 iyun 2026 484 baxış

Vətəndaş Tahir Xudiyev iddia edir ki, 2016-cı ildə ona məxsus əmlak sökülərkən yerində tikiləcək yeni yaşayış binasından mənzil, ofis və parklanma yeri veriləcəyi vəd olunsa da, bu öhdəliklər yerinə yetirilmir.

Tahir Xudiyev məsələ ilə bağlı bunları bildirib:

“2016-cı ildə bizimlə görüşdülər və ərazinin söküləcəyini dedilər. Bunun bir dövlət layihəsi olduğunu bildirərək bizimlə müqavilə imzaladılar. Müqaviləyə əsasən, dövlətin pilot layihəsi olduğu üçün biz iki ildən sonra həmin binaya köçməli idik”.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2016-cı ildə pilot layihə çərçivəsində “Vesta Construction” MMC tərəfindən müvafiq icazə verici sənədlər əsasında Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsində, 2535-ci məhəllədə çoxmənzilli yaşayış binalarının inşasına başlanılıb və vətəndaşlarla fərdi qaydada, qarşılıqlı razılaşma əsasında müqavilələr imzalanıb. Lakin şirkət ötən müddət ərzində öhdəliklərini yerinə yetirməyib.

Sözügedən məsələ ilə bağlı qeyd edilib ki, MMC və Tahir Xudiyev arasında notarial qaydada razılaşma əldə olunub. Dəfələrlə vətəndaş və şirkət rəhbərliyi ilə məsələnin həlli istiqamətində görüşlər keçirilsə də, heç bir nəticə əldə olunmayıb.

Vətəndaşa tikinti şirkəti tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı məhkəmə orqanına müraciət etmək hüququnun olduğu dəfələrlə izah edilsə də, onun özü məhkəməyə müraciət etməyib.

“Vesta Construction” MMC-nin tikinti işlərini tamamlamaması və yol verdiyi digər qanunsuzluq faktları ilə bağlı Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaq hələ də davam edir. Nizami Rayon İcra Hakimiyyəti həmçinin məsələnin nəzarətdə saxlanıldığını vurğulayıb.

Banner
Bakıda mənzil qalmaqalı | 172 nəfərin zərərçəkmiş olduğu iş məhkəmədə - Baku TV

Bakıda mənzil qalmaqalı | 172 nəfərin zərərçəkmiş olduğu iş məhkəmədə - Baku TV

Cəmiyyət
24 noyabr 2026 14 baxış
Qurumuş ağaclar sakinləri narahat edir

Qurumuş ağaclar sakinləri narahat edir

Cəmiyyət
24 noyabr 2026 49 baxış
"Cavanlaşıram" - Buz kimi suda kilometrlərlə üzməyin sirri | “Nə xəstələnirəm, nə də...” - Baku TV

"Cavanlaşıram" - Buz kimi suda kilometrlərlə üzməyin sirri | “Nə xəstələnirəm, nə də...” - Baku TV

Cəmiyyət
24 noyabr 2026 57 baxış
"Küləkdə budaqları qırıq-qırıq olur" | Bakıxanovda aşma təhlükəsi yaradan ağac əhalini narahat edir

"Küləkdə budaqları qırıq-qırıq olur" | Bakıxanovda aşma təhlükəsi yaradan ağac əhalini narahat edir

Cəmiyyət
24 noyabr 2026 54 baxış
Bakıxanov sakinlərini qorxuya salan hadisənin səbəbi nədir? - Baku TV CANLI

Bakıxanov sakinlərini qorxuya salan hadisənin səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 77 baxış
"Dedilər ki, öz problemindir, özün həll et" | Yaranan quyu ilə bağlı qurumdan açıqlama - Baku TV

"Dedilər ki, öz problemindir, özün həll et" | Yaranan quyu ilə bağlı qurumdan açıqlama - Baku TV

Cəmiyyət
24 noyabr 2026 74 baxış
“Hansı tələbə yazır?” | Bakı Avrasiya Universitetində nə baş verir? - “Müəllimlərə olar, bizə yox!”

“Hansı tələbə yazır?” | Bakı Avrasiya Universitetində nə baş verir? - “Müəllimlərə olar, bizə yox!”

Cəmiyyət
24 noyabr 2026 110 baxış
Bakı Avrasiya Universitetində qalmaqal: Tələbələr nədən şikayətlənir? - Baku TV CANLI

Bakı Avrasiya Universitetində qalmaqal: Tələbələr nədən şikayətlənir? - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 70 baxış
“Otururlar çayxanada, biz də zülm çəkirik” | Sakin həyətdəki parkinq yerini “özəlləşdirə” bilərmi?

“Otururlar çayxanada, biz də zülm çəkirik” | Sakin həyətdəki parkinq yerini “özəlləşdirə” bilərmi?

Cəmiyyət
24 noyabr 2026 73 baxış
"Neçə dəfə uşağı maşın vurub" | Biləcəridə təhlükə saçan yol problemi - Baku TV

"Neçə dəfə uşağı maşın vurub" | Biləcəridə təhlükə saçan yol problemi - Baku TV

Cəmiyyət
24 noyabr 2026 68 baxış
Seçilmişlər
icon