Pleyeri seçin:

Tikinti şirkəti vətəndaşları evsiz qoydu | Sakinlər ayağa qalxdı - Baku TV

01 fevral 2026 770 baxış

Nizami rayonu, Şirin Mirzəyev küçəsində yaşayan sakinlər artıq 10 ildən çoxdur ki, “Vesta Construction” tikinti şirkətinin fəaliyyəti ucbatından evlərindən didərgin düşüblər.

2016-cı ildə Nizami Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə pilot layihə çərçivəsində Şirin Mirzəyev küçəsində yerləşən qəzalı binaların sökülərək yerində yeni yaşayış binasının inşa edilməsi qərara alınıb. Layihənin icrası isə “Vesta Construction” MMC-yə həvalə olunub.

Lakin sakinlərin iddialarına görə, məhz bu tikinti şirkəti onların başına ciddi problemlər açıb. Belə ki, Mənzil-Tikinti Kooperativi nə vətəndaşlara yeni mənzilləri təhvil verib, nə də öhdəliklərini yerinə yetirib. Əksinə, həmin mənzillərin başqa şəxslərə satıldığı məlum olub. Üstəlik, söhbət bir və ya iki yox, ümumilikdə 50 nəfərə satılan mənzillərdən gedir.

“Pilot layihəsi adı ilə evimizi sökdülər. 10 il ərzində binanı təhvil vermirlər. İcraya gedib-gəlirik, bizə boş-boş vədlər verirlər, ancaq ortada bir şey yoxdur. Təzəcə bilmişik ki, bir evi üç-dörd nəfərə satıblar”, – şikayətçi deyib.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, “Vesta Construction” MMC tərəfindən köçürülən sakinlərlə, eləcə də sonradan şəxsi vəsaiti hesabına yaşayış kompleksindən mənzil alan vətəndaşlarla bağlanan müqavilələrdən irəli gələn öhdəliklər D bloku üzrə yerinə yetirilməyib:

“Bununla bağlı vətəndaşlar dəfələrlə Nizami Rayon İcra Hakimiyyətində qəbul ediliblər. Vətəndaşların müraciətləri əsasında MMC rəhbərliyi dəfələrlə icra hakimiyyətinə dəvət olunaraq yaranmış narazılıqlarla bağlı xəbərdar edilib, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması barədə tapşırıqlar verilib. Lakin göstərilən məsələlərin həlli tam təmin edilməyib.

Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və bir mənzilin müxtəlif şəxslərə satılması faktları üzrə zərərçəkmiş vətəndaşların kollektiv müraciəti əsasında Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Bundan başqa, son bir ay ərzində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə MMC tərəfindən kirayə haqlarının ödənilməsi də təmin edilib”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 770 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 770 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 770 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 770 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 770 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 770 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 770 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 770 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 770 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 770 baxış
Seçilmişlər
icon