Pleyeri seçin:

Bakıda mənzil qalmaqalı | 172 nəfərin zərərçəkmiş olduğu iş məhkəmədə - Baku TV

24 noyabr 2026

"Vesta Construction" MMC-nin təsisçisi barəsində cinayət işi məhkəməyə göndərilib.

Belə ki, Bakı şəhərinin Nizami rayonunda "Vesta Construction" MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sökülmüş mənzillərin əvəzində sakinlərə yeni tikilidə mənzillərin uzun müddət ərzində verilməməsi barədə daxil olmuş məlumatlar əsasında Nizami Rayon Prokurorluğunda araşdırma aparılıb.

Toplanmış materiallar üzrə "Vesta Construction" MMC-nin təsisçisi Ceyhun Quliyevin qulluq mövqeyindən istifadə etməklə vətəndaşları mənzil satışı adı ilə aldadaraq təkrarən dələduzluq etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq materiallarına əsasən, Ceyhun Quliyev paytaxtın Nizami rayonu ərazisində "Vesta Construction" MMC tərəfindən inşa edilmiş "My Home" yaşayış kompleksində mənzil və digər əmlak almaq istəyən şəxslərə əvvəllər başqa şəxslərə satılmış əmlakları satmasına dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə etməklə bu adla xeyli, külli və xüsusilə külli miqdarda pul vəsaitlərini ələ keçirərək dələduzluq edib, maddi ziyan vurmaqla çoxsaylı zərərçəkmiş şəxslərin hüquq və qanuni mənafelərinə, eləcə də dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.

Ceyhun Quliyevə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yenidən ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 172 şəxsin zərərçəkmiş şəxs qismində tanınması təmin edilməklə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Banner
Qurumuş ağaclar sakinləri narahat edir

Qurumuş ağaclar sakinləri narahat edir

Cəmiyyət
24 noyabr 2026 45 baxış
"Cavanlaşıram" - Buz kimi suda kilometrlərlə üzməyin sirri | “Nə xəstələnirəm, nə də...” - Baku TV

"Cavanlaşıram" - Buz kimi suda kilometrlərlə üzməyin sirri | “Nə xəstələnirəm, nə də...” - Baku TV

Cəmiyyət
24 noyabr 2026 53 baxış
"Küləkdə budaqları qırıq-qırıq olur" | Bakıxanovda aşma təhlükəsi yaradan ağac əhalini narahat edir

"Küləkdə budaqları qırıq-qırıq olur" | Bakıxanovda aşma təhlükəsi yaradan ağac əhalini narahat edir

Cəmiyyət
24 noyabr 2026 50 baxış
Bakıxanov sakinlərini qorxuya salan hadisənin səbəbi nədir? - Baku TV CANLI

Bakıxanov sakinlərini qorxuya salan hadisənin səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 76 baxış
"Dedilər ki, öz problemindir, özün həll et" | Yaranan quyu ilə bağlı qurumdan açıqlama - Baku TV

"Dedilər ki, öz problemindir, özün həll et" | Yaranan quyu ilə bağlı qurumdan açıqlama - Baku TV

Cəmiyyət
24 noyabr 2026 73 baxış
“Banka qoymaqdansa pulu evdə saxlayaram” | Faiz gəlirinə görə vergi tətbiqinin detalları - Baku TV

“Banka qoymaqdansa pulu evdə saxlayaram” | Faiz gəlirinə görə vergi tətbiqinin detalları - Baku TV

Cəmiyyət
24 noyabr 2026 63 baxış
“Hansı tələbə yazır?” | Bakı Avrasiya Universitetində nə baş verir? - “Müəllimlərə olar, bizə yox!”

“Hansı tələbə yazır?” | Bakı Avrasiya Universitetində nə baş verir? - “Müəllimlərə olar, bizə yox!”

Cəmiyyət
24 noyabr 2026 108 baxış
Bakı Avrasiya Universitetində qalmaqal: Tələbələr nədən şikayətlənir? - Baku TV CANLI

Bakı Avrasiya Universitetində qalmaqal: Tələbələr nədən şikayətlənir? - Baku TV CANLI

Cəmiyyət
24 noyabr 2026 69 baxış
“Otururlar çayxanada, biz də zülm çəkirik” | Sakin həyətdəki parkinq yerini “özəlləşdirə” bilərmi?

“Otururlar çayxanada, biz də zülm çəkirik” | Sakin həyətdəki parkinq yerini “özəlləşdirə” bilərmi?

Cəmiyyət
24 noyabr 2026 72 baxış
"Neçə dəfə uşağı maşın vurub" | Biləcəridə təhlükə saçan yol problemi - Baku TV

"Neçə dəfə uşağı maşın vurub" | Biləcəridə təhlükə saçan yol problemi - Baku TV

Cəmiyyət
24 noyabr 2026 68 baxış
Seçilmişlər
icon