Pleyeri seçin:
"Xocalı soyqırımı" qurbanlarının tapılmış nəşləri Xocalıda dəfn ediləcək
Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib.
Mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutub. Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər – Ağaəli Əliyev, Sürəyya Əliyeva, Xəzər Səlimov, Tamilla Səlimova, Əli Cavadov, İsmayıl İsmayılov və Şiraslan Nəcəfov Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.
Kopyalandı
#Xocalı şəhidləri teqi istifadə olunub
- Qalıqları tapılan ər-arvadın yaxınları danışdı | Bir yerdə tapıldılar
- Xocalı şəhidi Vaqifin bacısı ailəsinin başına gələnləri ürək ağrısı ilə xatırladı
- Xocalı şəhidlər xiyabanında dəfn mərasimi keçirildi
- Xocalı soyqırımı qurbanlarının yaxınları Baku TV-yə danışdı
- Xocalıda valideynlərinin qalıqları aşkarlanan şəxs Baku TV-yə danışdı
