Pleyeri seçin:
“Rəqib marşruta görə...” | Sürücü avtobusu yolun ortasında saxlayıb siqaret çəkdi
Baku TV-nin "Cəmiyyət" bölməsində paytaxtda fəaliyyət göstərən avtobus sürücülərindən birinin özbaşınalığı barədə süjet təqdim olunub. Videoda sürücünün rəqib marşrut xətti ilə rəqabət aparmaq məqsədilə avtobusu yolun ortasında saxlayaraq sükan arxasında siqaret çəkməsi əks olunub. Bu hərəkəti ilə həm sərnişinlərin həyatını təhlükəyə atan, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olan sürücünün davranışı sosial şəbəkələrdə kəskin narazılıq doğurub. Hadisə ilə bağlı sərnişinlərin şikayətləri və aidiyyatı qurumların intizam tədbirləri Baku TV-nin xüsusi reportajında.
Kopyalandı
