Pleyeri seçin:

2 qadın xəstəxanalıq oldu | Metro niyə bağlandı? | "Ödəniş edəndən sonra dedilər ki..." - Baku TV

21 aprel 2026 529 baxış

Aprelin 21-i saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb. Sərnişinlərin giriş-çıxışına da məhdudiyyət qoyulub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, “Ulduz–Nərimanov” mənzilində aralıq kabeldə baş verən qısaqapanma nəticəsində təmas relsinə gərginliyin verilməsində kəsinti yaranıb:

“Sadə dillə desək, “Bakı Metropoliteni” qatarlarının hərəkətinin əsas təminatverici qüvvəsi elektrik enerjisidir. Yüksək gərginlikli elektrik enerjisinin verilməsi kəsildiyi üçün həmin mənzildə qatarların hərəkəti mümkün olmayıb. Hadisə baş verən anda metropoliten xətlərində 30 qatar olub. Onlardan yalnız dördü tuneldə olub və sərnişinlərin təxliyəsi normativlərə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib. Hadisənin səbəbləri yaxın günlərdə ətraflı araşdırılacaq və ictimaiyyətə əlavə məlumat veriləcək. Hər hansı yanğın qeydə alınmayıb”.

TƏBİB-dən isə qeyd edilib ki, hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində iki qadın – 25 həftəlik hamilə və sağ çiyin travması diaqnozu qoyulan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Doqquz nəfərə isə arterial hipertenziya və stres reaksiyası səbəbi ilə yerində tibbi yardım göstərilib.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 529 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 529 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 529 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 529 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 529 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 529 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 529 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 529 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 529 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 529 baxış
Seçilmişlər
icon