Pleyeri seçin:

Şagirdin hərəkəti gündəm oldu | Məktəblilər arasında aqressiya artımı diqqət çəkir - Baku TV

23 may 2026

Sosial şəbəkələrdə paytaxtın 212 nömrəli tam orta məktəbində 8-ci sinif şagirdinin salto vurmasını əks etdirən görüntülər yayılıb.

Məktəb rəhbərliyindən verilən məlumata görə, həmin şagird davranış qaydalarını mütəmadi olaraq pozur. Mövcud problemlə bağlı məktəb rəhbərliyi və psixoloq tərəfindən şagirdlə söhbətlər aparılıb, müvafiq tövsiyələr verilərək dəstək tədbirləri görülüb. Lakin valideyn dəfələrlə məktəbə dəvət edilsə də, hələ də müsbət nəticə əldə olunmayıb.

Bəs yeniyetmələrdə müşahidə olunan bu cür aqressiv və qeyri-adekvat davranışların əsl səbəbləri nədir?

Psixoloq İlahə Dadaşovanın sözlərinə görə, davranış pozuntusu məktəbdə deyil, ailədə formalaşır:

"Hər bir yeniyetmədə özünütəsdiq istəyi olur. Bir çox yeniyetmələr bu istəyi neqativ fəaliyyətlərə yönəldirlər. Çox vaxt buna səbəb natamam ailə quruluşu və valideynlərin uşaqlara qarşı diqqətsizliyidir. Çünki davranış pozuntusu məktəbdə deyil, məhz ailədə formalaşır. Biz davranış pozuntusu olan uşaqların davranışlarını korreksiya etməklə yanaşı, həm də onların gizli qabiliyyət və bacarıqlarını tapıb üzə çıxarmalıyıq. Unutmaq olmaz ki, yeniyetməlik dövrünün tipik xüsusiyyəti sosial həyatda status qazanmaq və yer tutmaq cəhdidir".

Sosioloq Mail Yaqub isə bildirib ki, bu gün yeniyetmələrə ən güclü təsir edən amil sosial şəbəkələr və oradakı bəzi şəxslərin anormal hərəkətləridir:

"Uşaq və yeniyetmələr orada nəyi görürlərsə, onu da mənimsəyir, öz hərəkətlərində əks etdirirlər. Hazırda sosial şəbəkələr yeniyetmələrin və uşaqların əxlaqına, davranışlarına sanki düşmən kəsilib. Bu məsələdə həm valideynlər, həm də məktəbdəki müəllimlər maksimum dərəcədə həssas olmalıdırlar".

“Yüksəliş” müsabiqəsi başladı | Qaliblərə 20 min manat veriləcək - Baku TV

“Yüksəliş” müsabiqəsi başladı | Qaliblərə 20 min manat veriləcək - Baku TV

Cəmiyyət
23 may 2026
SAT imtahanlarında saxtakarlıq riski və nəzarət mexanizmləri nə dərəcədə güclüdür? - Baku TV

SAT imtahanlarında saxtakarlıq riski və nəzarət mexanizmləri nə dərəcədə güclüdür? - Baku TV

Cəmiyyət
23 may 2026
İmtahanlarda keçid balları ilə bağlı ciddi dəyişikliklər olacaq? - HANSI İXTİSAS?

İmtahanlarda keçid balları ilə bağlı ciddi dəyişikliklər olacaq? - HANSI İXTİSAS?

Cəmiyyət
23 may 2026
"Çəkilişin olmağını istəmirdim" | Xanımı rəhmətə gedən sakinin əməli hamını təsirləndirdi - Baku TV

"Çəkilişin olmağını istəmirdim" | Xanımı rəhmətə gedən sakinin əməli hamını təsirləndirdi - Baku TV

Cəmiyyət
23 may 2026
“Bilmirsən ki, yiyəsi kimdir?!” | Xırdalanda bu tikili niyə qalmaqala səbəb oldu? - Baku TV

“Bilmirsən ki, yiyəsi kimdir?!” | Xırdalanda bu tikili niyə qalmaqala səbəb oldu? - Baku TV

Cəmiyyət
23 may 2026
Elmi təcrübə zamanı nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunub

Elmi təcrübə zamanı nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunub

Cəmiyyət
23 may 2026
Xoşxassəli və bədxassəli limfa düyünlərinin əsas fərqləri nələrdir? - BAKU MED

Xoşxassəli və bədxassəli limfa düyünlərinin əsas fərqləri nələrdir? - BAKU MED

Cəmiyyət
23 may 2026
21 müəssisə tərəfindən 90-dək vakansiya təqdim olunub - Baku TV

21 müəssisə tərəfindən 90-dək vakansiya təqdim olunub - Baku TV

Cəmiyyət
23 may 2026
Xəzər dənizinə nərə cinsli balıq körpələri buraxılıb - Baku TV

Xəzər dənizinə nərə cinsli balıq körpələri buraxılıb - Baku TV

Cəmiyyət
23 may 2026
91 yaşlı qubalı ağsaqqalın maraqlı həyat hekayəsi - Baku TV

91 yaşlı qubalı ağsaqqalın maraqlı həyat hekayəsi - Baku TV

Cəmiyyət
22 may 2026
Seçilmişlər
icon