Pleyeri seçin:

"Çəkilişin olmağını istəmirdim" | Xanımı rəhmətə gedən sakinin əməli hamını təsirləndirdi - Baku TV

23 may 2026 387 baxış

Zaqatalanın Fındıqlı kəndində yaşayan Abdulməcid Ziyadov mərhum həyat yoldaşının xatirəsini yaşatmaq və kəndə faydalı iş görmək məqsədilə örnək addım atıb. O, yas mərasimi üçün nəzərdə tutulan vəsaiti kənd qəbristanlığına gedən yolun təmirinə sərf edib.

42 illik ailə həyatından sonra yoldaşı Nərminə xanımı itirən kənd sakini bildirib ki, bu addımı həm sevgisini göstərmək, həm də insanlara fayda vermək üçün atıb.

Abdulməcid Ziyadov deyib ki, qəbristanlığa gedən yolun bərbad vəziyyətdə olması insanlara ciddi çətinlik yaradırdı:

“Bu yolu düzəltməyimin səbəbi yoldaşıma olan sevgimdir. Həm də insanlar üçün bir nümunə göstərmək istədim ki, bu yol bizə həmişə lazımdır. Qəbristanlığa cənazə aparmaq belə çətin idi. Mən də yoldaşıma olan sevgimə görə bu yolu düzəltdim. İstəyərəm ki, mənim bu əməlimdən gələcəkdə başqaları da örnək götürsün”.

Sakinlərin sözlərinə görə, əvvəllər qəbristanlığa qədər olan iki kilometrlik yol bərbad halda idi:

“Yollar çox pis vəziyyətdə idi. Yağış yağanda gölməçələr yaranırdı, gedib-gəlmək çətin olurdu. İndi isə daha rahat yol olub. Bu, həm Allaha xoş gedən, həm də insanlara faydalı olan bir işdir”.

Abdulməcid Ziyadov həmçinin bildirib ki, gələcəkdə mərhum həyat yoldaşının əziz xatirəsinə kənddə artezian quyusu inşa etmək arzusundadır.

"İstədiyin yerdə sürə bilməzsən" | Bakıda mini avtomobillərdən istifadə təhlükəlidir? - Baku TV

"İstədiyin yerdə sürə bilməzsən" | Bakıda mini avtomobillərdən istifadə təhlükəlidir? - Baku TV

Cəmiyyət
11 sentyabr 2026 387 baxış
Mini avtomobillərlə şəhər yollarına çıxmaq olarmı? - Baku TV CANLI

Mini avtomobillərlə şəhər yollarına çıxmaq olarmı? - Baku TV CANLI

Cəmiyyət
11 sentyabr 2026 387 baxış
Hərəkət iflic olur, sürücülər gərginləşir | Tıxacın həlli bu dəyişikliklərdədir? - NECƏ OLMALIDIR?

Hərəkət iflic olur, sürücülər gərginləşir | Tıxacın həlli bu dəyişikliklərdədir? - NECƏ OLMALIDIR?

Cəmiyyət
11 sentyabr 2026 387 baxış
Məktəblər açılır, Bakı yollarında vəziyyət necə olacaq? - Baku TV

Məktəblər açılır, Bakı yollarında vəziyyət necə olacaq? - Baku TV

Cəmiyyət
11 sentyabr 2026 387 baxış
"Koroğlu"da hərəkətin təşkilində hansı dəyişiklik edildi? - Baku TV CANLI

"Koroğlu"da hərəkətin təşkilində hansı dəyişiklik edildi? - Baku TV CANLI

Cəmiyyət
11 sentyabr 2026 387 baxış
Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı? - Baku TV

Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı? - Baku TV

Cəmiyyət
11 sentyabr 2026 387 baxış
Binəqədidə kanalizasiya suları küçəyə axaraq sakinlərə ciddi çətinlik yaradır - 24 SAAT

Binəqədidə kanalizasiya suları küçəyə axaraq sakinlərə ciddi çətinlik yaradır - 24 SAAT

Cəmiyyət
10 sentyabr 2026 387 baxış
"Hansı əsrdə yaşayırıq?!" | Bərbad halda qalan yol | "Taksi deyir ki, bir də gəlməyəcəyəm" - Baku TV

"Hansı əsrdə yaşayırıq?!" | Bərbad halda qalan yol | "Taksi deyir ki, bir də gəlməyəcəyəm" - Baku TV

Cəmiyyət
10 sentyabr 2026 387 baxış
Binəqədidə küçəyə axan çirkab suları sakinləri çıxılmaz vəziyyətdə qoyub

Binəqədidə küçəyə axan çirkab suları sakinləri çıxılmaz vəziyyətdə qoyub

Cəmiyyət
10 sentyabr 2026 387 baxış
İçərişəhərdəki məscidlərin bilmədiyiniz keçmişi | Qədim küçələrdə gizlənən sirlər - AMİN

İçərişəhərdəki məscidlərin bilmədiyiniz keçmişi | Qədim küçələrdə gizlənən sirlər - AMİN

Cəmiyyət
10 sentyabr 2026 387 baxış
Seçilmişlər
icon