“Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
Zaqatala rayonunun əksər kəndlərində təsərrüfatın böyük bir hissəsini fındıq bağları təşkil edir. İlboyu zəhmət çəkən fermerlər çətinliklə üzləşiblər.
Onların sözlərinə görə, məhsuldarlıq aşağı düşüb. Bununla yanaşı, fındığın satış qiyməti də ötən illə müqayisədə təxminən iki dəfə azalıb. Səbəb kimi isə bağlarda yayılan xəstəlik və zərərvericilər göstərilir.
Fermerlər narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Bu mövsüm fındıqdan məhsul götürə bilmədik. Zərərvericilərə görə məhsuldarlıq aşağı düşüb”, – fermerlərdən biri söyləyib.
Digər fermer isə bildirib:
“Fındıq bağlarında xəstəliklər var, qiymət isə yoxdur. Ötən il 8-9 manata satdığımız fındığı bu il 3 manata da sata bilmirik. Dərmanlama işi kollektiv şəkildə aparılmalıdır ki, nəticə əldə olunsun. Kənd təsərrüfatında ən gəlirli sahələrdən biri fındıqçılıqdır, bunu da məhv edirlər”.
