Pleyeri seçin:

İstanbul su altında | Bakı eyni təhlükə ilə üzləşə bilərmi? - Baku TV

15 oktyabr 2026 66 baxış

Ekoloq Qorxmaz İbrahimli Bakıda güclü yağışlar və sel təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

O, Baku TV-yə açıqlamasında iqlim dəyişiklikləri fonunda gözlənilməz təbiət hadisələrinin baş verə biləcəyini və şəhərin bu cür vəziyyətlərə hazır olmasının vacibliyini bildirib.

Ekoloqun sözlərinə görə, müəyyən ərazilərdə uzun illər yağışın yağmaması və ya sel hadisələrinin baş verməməsi həmin ərazilərdə tikinti aparılarkən risklərin nəzərə alınmaması üçün əsas olmamalıdır.

“Bir yerdə 5-10 il yağış yağmırsa, sel gəlmirsə, bu, orada tikinti aparmağın təhlükəsiz olduğu anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, 50 il sonra burada hansısa hadisə baş verə bilər”, – deyə Qorxmaz İbrahimli vurğulayıb.

O qeyd edib ki, son iki ildə Bakıda müşahidə olunan leysan yağışları və fırtınalar şəhərin infrastrukturunda ciddi problemlərin olduğunu üzə çıxarıb.

Ekoloq hesab edir ki, Bakıda mümkün sel və güclü yağıntı risklərinə qarşı qabaqlayıcı tədbirlər görülməlidir.

“Ən azı Bakı şəhərini idarə edənlər bu barədə düşünməli, tədbirlər görməlidirlər. Hər an hər şey ola bilər. Bu gün iqlim dəyişikliklərindən danışırıq. Bütün bunların fonunda gözləmədiyimiz bir çox hadisələr baş verə bilər”, – deyə Qorxmaz İbrahimli bildirib.

O əlavə edib ki, Bakıda güclü yağışların nə zaman və hansı miqyasda baş verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, təhlükələrə hazır olmaq vacibdir.

“Heç kim zəmanət verə bilməz ki, belə hadisələr baş verəcək, ya yox. Bəs baş versə, nə olacaq? Biz buna hazır deyilik. İstanbulda da vəziyyət göstərir ki, şəhər infrastrukturu, o cümlədən kanalizasiya sistemləri və süngər asfalt kimi həllər bu cür yağıntıların yaratdığı problemlərin qarşısını almaqda mühüm rol oynayır”, – deyə ekoloq fikrini yekunlaşdırıb.

Banner
Fortepiano melodiyalarının insanın emosional vəziyyətinə müsbət təsiri diqqət çəkir

Fortepiano melodiyalarının insanın emosional vəziyyətinə müsbət təsiri diqqət çəkir

Cəmiyyət
16 oktyabr 2026 66 baxış
İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?

İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?

Cəmiyyət
16 oktyabr 2026 66 baxış
"Azərişıq" 9 ay ərzində görülən işlərlə bağlı mətbuat konfransı keçirib - Baku TV

"Azərişıq" 9 ay ərzində görülən işlərlə bağlı mətbuat konfransı keçirib - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 66 baxış
Yeni sosial islahatlar paketi ilə bağlı hazırlıqlara başlanılıb - Baku TV

Yeni sosial islahatlar paketi ilə bağlı hazırlıqlara başlanılıb - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 66 baxış
Zaur Rzayevin səhhəti ilə bağlı TƏBİB-dən açıqlama - Baku TV

Zaur Rzayevin səhhəti ilə bağlı TƏBİB-dən açıqlama - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 66 baxış
Yeni ürəklə həyata bağlanmışdı | Ailə qurmaq arzusu gerçəkləşmədi - 24 SAAT

Yeni ürəklə həyata bağlanmışdı | Ailə qurmaq arzusu gerçəkləşmədi - 24 SAAT

Cəmiyyət
16 oktyabr 2026 66 baxış
"Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV

"Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV

Cəmiyyət
16 oktyabr 2026 66 baxış
"Pullarını götürər, ortalıqda qalarsan..." | Diqqətli olun: "süni" səsi belə müəyyən edə bilərsiniz

"Pullarını götürər, ortalıqda qalarsan..." | Diqqətli olun: "süni" səsi belə müəyyən edə bilərsiniz

Cəmiyyət
16 oktyabr 2026 66 baxış
Suya salınmış qozda gizli təhlükə - Qəsdən elə batırırlar ki... - Baku TV

Suya salınmış qozda gizli təhlükə - Qəsdən elə batırırlar ki... - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 66 baxış
Bir aşığın faciəvi taleyi | Şeirləri və xatirəsinə yazılan əsərlər bir kitabda toplandı - Baku TV

Bir aşığın faciəvi taleyi | Şeirləri və xatirəsinə yazılan əsərlər bir kitabda toplandı - Baku TV

Cəmiyyət
15 oktyabr 2026 66 baxış
Seçilmişlər
icon