Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik və müasir standartlara uyğun yenidən qurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib.
Bazarların giriş-çıxış qapılarında dezbaryerlər quraşdırılıb. Baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunması üçün xüsusi izolatorlar yaradılıb. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb.
Aparılan qiymətləndirmə zamanı bazarlarda bioloji təhlükəsizliyin və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Yeni tikilən və yenidən qurulan heyvan bazarlarında heyvanların identifikasiyası sisteminin tətbiqi üçün də imkan yaradılıb. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənməsinə imkan verir.
#Cəlilabad teqi istifadə olunub
- "50 faizini yandırdı..." | Fermerləri çarəsiz halda qoyan problem nədir? - Baku TV
- Cəlilabadda güclü yanğın ikimərtəbəli evi tamamilə yararsız vəziyyətə saldı - Baku TV
- Cəlilabadda dəhşətli qəza | İçində körpə olmaqla 4 nəfər xəsarət alıb - Baku TV
- Arxeoloji tapıntıların eramızdan əvvəlki dövrə aid olduğu ehtimal edilir - Baku TV
- "Yarım saat sonra tapıblar" | Cəlilabadda 21 yaşlı gəncin faciəvi sonu - Baku TV
