Cəmiyyət
Pleyeri seçin:
Sahil Babayev ünvanlı sosial yardımla bağlı suallara aydınlıq gətirdi
“Ünvanlı sosial yardım yoxlamaları 2 mərhələdən ibarətdir”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında deyib.
Nazir bildirib ki, birincisi, elektron sistemdir, 27 qurumdan alınan məlumatlarla vətəndaşın aldığı gəlirlər yoxlanılır:
“İkinci mərhələ isə əyanidir. Bu da saxtakarlıq hallarının, başqasının adına sosial yardım alma hallarının qarşısını almaq üçündür. Burada məqsəd ailənin həmin ünvanda yaşamasının yoxlanmasıdır, daha qazan, soyuducu yoxlanmasından söhbət gedə bilməz. Bütün proses videoçəkilişlə yoxlanılır”.
Kopyalandı
Seçilmişlər