Pleyeri seçin:

Səbəb açıqlandı: Bakıda sərçələrin sayı niyə azalıb?

12 oktyabr 2023 332 baxış

Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb.

Əvvəlki dövrlərdə ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsinin sayı çoxluq təşkil edirdi. Bu sərçələr xüsusən də pəncərələrin önündə, parklarda, müxtəlif istirahət məkanlarında və insanların sıx toplaşdığı ərazilərdə gözə dəyirdi. Lakin son illər paytaxtda sərçələrin sayı demək olar ki, yox səviyyəsindədir.

Bəs görəsən, sərçələrin sayının kəskin azalmasının səbəbi nədir?

Mütəxəssislərin bildirdiyinə görə, sərçələrin sayının azalmasına təsir edən başlıca səbəblərə şəhərdə gedən urbanizasiya prosesi və yeni tikililərin sayının kifayət qədər çoxalması daxildir.

Mütəxəssislər bildirib ki, son vaxtlara qədər Bakının əsas quş faunasını sərçələr təşkil edib. Onlar Bakıda yerləşən binaların dam örtüyünün dəyişdirilməsi və üzlənməsinin sərçələrin sayına mənfi təsir etdiyini söyləyiblər. Əvvəllər sərçələr binaların çatlarında və damlarında yuva qururdularsa, artıq bu şəraitdən məhrum olublar:

“Digər tərəfdən, sərçələr kol quşları hesab olunur. Sərçələr buğda dənələri, çörək, xırda doğranmış meyvələr və tərəvəzlərlə qidalanırlar. Şəhərdə kolların sayı azalıb və onların yerinə tropik bitkilər əkilib. Sərçələr tropik bitkilərdə yuva qura bilməməklə yanaşı, həmin bitkilərin meyvəsindən və toxumundan da yeyə bilmirlər.

Süni çəmənliklər isə tez-tez biçildiyinə görə sərçələr qazon otların toxumundan məhrum olurlar. Yəni sərçələrin sayının azalmasına təsir edən digər faktorlardan biri də qidalanma ilə bağlıdır. Xüsusilə də pandemiya dövründə paytaxtda davamlı şəkildə aparılan dezinfeksiya işləri sərçələrin yem bazasını məhv edib”.

Mütəxəssislər qeyd edir ki, bir zamanlar paytaxt səmasında süzən sərçələr qonşu ölkələrə deyil, Bakıdan kənarda yerləşən ərazilərə köç ediblər. Bu quşlar daha çox əkin sahələri olan ərazilərdə məskunlaşıblar.

Cəlbedici təklif verilir, əslində isə... | Onlayn alış-veriş edənlərə xəbərdarlıq - Baku TV

Cəlbedici təklif verilir, əslində isə... | Onlayn alış-veriş edənlərə xəbərdarlıq - Baku TV

Cəmiyyət
11 avqust 2026 332 baxış
Uşaq evindən milli yığmaya: 9 yaşında ailəsi onu atdı, indi isə milli yığmamızın futbolçusudur

Uşaq evindən milli yığmaya: 9 yaşında ailəsi onu atdı, indi isə milli yığmamızın futbolçusudur

Cəmiyyət
11 avqust 2026 332 baxış
"Şəhərdəkiləri yığırlar, burada yandırırlar, qiyamətdir!" | Dəhşətə gətirən mənzərə - Baku TV

"Şəhərdəkiləri yığırlar, burada yandırırlar, qiyamətdir!" | Dəhşətə gətirən mənzərə - Baku TV

Cəmiyyət
11 avqust 2026 332 baxış
DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

Cəmiyyət
11 avqust 2026 332 baxış
Beton panellərin dibindən su axır

Beton panellərin dibindən su axır

Cəmiyyət
11 avqust 2026 332 baxış
İçərişəhərdə biabırçı mənzərə: tariximizə kim qəsd edir? - AKTUAL GÜNDƏM

İçərişəhərdə biabırçı mənzərə: tariximizə kim qəsd edir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
11 avqust 2026 332 baxış
“Qanunsuzluqdur, şikayət edəcəyəm!” - Vətəndaş niyə aldığı maşını sığorta etdirə bilmir? - Baku TV

“Qanunsuzluqdur, şikayət edəcəyəm!” - Vətəndaş niyə aldığı maşını sığorta etdirə bilmir? - Baku TV

Cəmiyyət
11 avqust 2026 332 baxış
Gözəl təbiəti olan bu kənddə yaşamaq niyə mümkünsüzləşib? - Baku TV CANLI

Gözəl təbiəti olan bu kənddə yaşamaq niyə mümkünsüzləşib? - Baku TV CANLI

Cəmiyyət
11 avqust 2026 332 baxış
Əhali "yoxa çıxır" | Bir vaxtlar ailələrlə dolu olan bu kənddə nə baş verir? - Baku TV

Əhali "yoxa çıxır" | Bir vaxtlar ailələrlə dolu olan bu kənddə nə baş verir? - Baku TV

Cəmiyyət
11 avqust 2026 332 baxış
DİN-dən xəbərdarlıq | Onlayn alış-veriş zamanı bilmədiyiniz təhlükə - Baku TV

DİN-dən xəbərdarlıq | Onlayn alış-veriş zamanı bilmədiyiniz təhlükə - Baku TV

Cəmiyyət
11 avqust 2026 332 baxış
Seçilmişlər
icon