Pleyeri seçin:

Səhv bilinən məlumatlar | Soyuqdəymə vaxtı nələri etmək olmaz?

03 fevral 2025 572 baxış

Soyuqdəymə soyuq mövsümdə insanlara yoldaşlıq edir.

Bəs xəstələnən zaman nələri etmək olar, nələri yox?

Rusiyalı allerqoloq-immunoloq Aleksandr Andreyev özünün "Telegram" kanalında bununla bağlı tövsiyələrini bölüşüb.

Həkimin sözlərinə görə, termometrin göstəricisi 38,5 Selsidən yuxarı qalxıbsa, bürünmək qəti tövsiyə edilmir. Əksinə, bədənin soyuması üçün şərait yaratmaq lazımdır. Əlavə olaraq xəstəni nəm salfetlə və ya dəsmalla silmək olar.

O bildirib ki, əks göstəriş olmadıqda hərarəti salan dərman qəbul etmək tövsiyə edilir. Yeri gəlmişkən, həkimlər qızdırmanın ilk əlamətlərində – temperatur 37 dərəcəni keçən kimi dərman içməyi tövsiyə etmirlər.

Həkimin sözlərinə görə, xəstənin olduğu otağın müntəzəm havalandırılması həmin yeri oksigenlə zənginləşdirir. Bu, zəifləmiş orqanizmdə virus yükünü azaldır və ətrafındakıları yoluxdurmamağa kömək edir, ancaq bəzi qaydalara əməl etmək lazımdır.

Belə olanda xəstənin başqa otağa keçməsi və otaqda temperaturun həddindən artıq aşağı düşməməsi vacibdir. Açıq havada 15-20 dəqiqəlik gəzinti də məsləhətdir. Bununla belə, həkim xəbərdarlıq edib ki, əgər soyuqdəymə yüksək hərarət, güclü öskürək, başağrısı, ümumi zəifliklə müşayiət olunursa, gəzinti əks göstərişdir.

Soyuqdəymə zamanı başı yumaq olar?

Soyuqdəymə zamanı hərarət yoxdursa və özünüzü yaxşı hiss edirsinizsə, başı yumaq olar. Ancaq bundan sonra isti geyinmək lazımdır. Xəstəlik hərarətsiz keçirsə, qısamüddətli isti duş qəbul etməyə də icazə verilir.  

Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 572 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 572 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 572 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 572 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 572 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 572 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 572 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 572 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 572 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 572 baxış
Seçilmişlər
icon