Sənaye üsulu ilə hazırlanan kompotlar niyə təhlükəlidir?
Təzə, dondurulmuş, yaxud qurudulmuş meyvələrdən hazırlanan kompotların tərkibində insanların xüsusilə qışda ehtiyac duyduğu bir çox vitamin və minerallar var.
Hemotest laboratoriyasının eksperti və qastroenteroloq Yekaterina Kaşux bildirib ki, quru ərikdən hazırlanan kompot tərkibindəki maqnezium və kalium sayəsində ürək-damar və sinir sistemi üçün faydalıdır. İstənilən meyvə və giləmeyvə həlimi mədə-bağırsaq traktının işini normallaşdırmağa kömək edir və içkinin tərkibində gavalı varsa, o, işi daha da yüngülləşdirir.
Onun sözlərinə görə, ən sağlam kompot evdə hazırlanandır. Bu içkidə hər kəs şəkərin tərkibini müstəqil şəkildə idarə edə bilər. Eyni zamanda sənaye üsulu ilə hazırlanmış kompotlarda qlükoza çox olur, buna görə də şəkərli diabet və artıq çəkisi olan insanlar bu cür içkiləri ehtiyatla istehlak etməlidirlər.
“Mədə və ya onikibarmaq bağırsağın peptik xorasının, həmçinin ishalın şiddətlənməsi varsa, turş kompotlardan çəkinməlisiniz”, – deyə Y.Kaşux əlavə edib.